“Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür”
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin paytaxtı Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin iclasında iştirak edib.
Nazir çıxışında qlobal qaz sektorundakı mövcud qeyri-sabitliyi şərtləndirən faktorlardan bəhs edib. Bir enerji növünün hakim olacağı dünyanın qeyri-sabit olmaqla bərabər qeyri-real olduğunu, yalnız ekoloji təhlükəsizliyə fokuslanaraq, sərt şəkildə təbii qazdan imtinanın enerji təhlükəsizliyi üçün risklər yaratdığını qeyd edib.
Bildirilib ki, iqlim dəyişikliyinə qarşı mübarizə vacibdir, lakin enerji daşıyıcılarının dəyəri və təchizatının təhlükəsizliyi də zəruridir. Kotirovkaların volatilliyinə baxmayaraq təbii qaz etibarlı elektrik enerjisi istehsalı, eləcə də enerji sistemlərinin balanslaşdırılması üçün münasib mənbə kimi qalmaqda davam edəcək. Təbii qazın iqlim neytrallığı hədəfinə doğru körpü olduğunu vurğulayan energetika naziri qiymət sabitliyi üçün bu enerji növünə lazımi dəstəyin vacibliyini diqqətə çatdırıb.
Yeni reallıqlar şəraitində Azərbaycanın həm bölgədə, həm də Avropa qitəsində etibarlı enerji təchizatçısına çevrilməsində Cənub Qaz Dəhlizinin roluna da toxunulub: “Həm enerji təhlükəsizliyi, həm də ekoloji təhlükəsizlik tələblərini nəzərə alan Cənub Qaz Dəhlizi hazırda daha çox ölkələrin enerji təchizatında perspektiv prioritetlərdən biri kimi qəbul edilir və onun inkişafına böyük maraq ifadə edilir. Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür. Avropalı istehlakçılar gündəlik 27 milyon kubmetrə yaxın Azərbaycan qazı ilə təchiz olunur. İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 14,8 milyard kubmetr, Avropaya isə TAP ilə 9,4 milyard kubmetr qaz ixrac edilib”.
Həmçinin Azərbaycanın özünü və tərəfdaşlarını uzun müddət təbii qazla təmin etməsi üçün malik olduğu zəngin potensial barədə də məlumat verilib.
Qeyd edək ki, 22 fevral tarixində Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammiti keçiriləcək.
Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp Ukraynanın ABŞ tərəfindən dəstəklənən sülh təklifini qəbul etməsi üçün son tarixi açıqladı
-
1 gün əvvəl
“Ukrayna çox çətin bir seçimlə üz-üzə qala bilər” - Zelenskiy Trampın sülh planına dair danışdı
-
1 gün əvvəl
Türkiyə şirkəti Özbəkistanın avtomobil istehsalçısının böyük hissəsini aldı
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
1 gün əvvəl
Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İlham Əliyev zavodu işə saldı
İrşad-da Yaşıl Cümə başladı
“Ukrayna çox çətin bir seçimlə üz-üzə qala bilər” - Zelenskiy Trampın sülh planına dair danışdı
Dövlət Xidməti Hesablama Palatasının iradlarına cavab verib
Azərbaycan Qvineya və Liviyaya alma satmağa başlayıb
Ən çox oxunanlar
Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
70%-dək endirim - Baku Electronics-də “Super Cümə” başladı!
Nərimanovda yaşamaq istəyənlər üçün 36 ayadək faizsiz, daxili kredit və ya 20 illik ipoteka fürsəti
Bank çap məhsullarının təminatı üzrə tender elan edir
Şüşə istehsalçısının nizamnamə kapitalı 144 milyon manat artırılır
Fizuli Həsənov 7-ci “Zeekr 001”i uddu

















.jpg)


