Sudan istifadə haqqı yeni qaydada hesablanacaq və differensiallaşdırılacaq
Sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq, ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə differensiallaşdırılacaq.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları”nda əksini tapıb.
Sudan istifadə haqqı (tariflər) və sudan istifadə haqqının (tariflərin) yuxarı həddi bu Qaydalarda nəzərdə tutulan təyinatlar və respublika üzrə illik su təsərrüfatı balansının müvafiq göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunacaq. Sudan istifadəyə görə ödəniş təchiz edilən suyun həcmi nəzərə alınmaqla, təsdiq edilən sudan istifadə haqqı (tariflər) əsasında hesablanacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azmelsutəsərrüfat” ASC və “Azərsu” ASC uçot üzrə məlumatlarını aidiyyəti üzrə “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edəcəklər və həmin məlumatların mütəmadi yenilənməsini təmin edəcəklər.
Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunun tələbləri nəzərə alınmaqla bələdiyyə aktları ilə müəyyən ediləcək. Bələdiyyə mülkiyyətində olan su obyektlərində sudan istifadə haqqı bələdiyyələr tərəfindən müəyyən ediləcək.
Xüsusi mülkiyyətdə olan su obyektlərində sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanılmış müqavilə əsasında müəyyən ediləcək.
Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edəcəklər.
Torpaq sahibləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”na uyğun olaraq onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında həmin Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.
Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir.
İçməli sudan istifadəyə dair yeni mexanizm müəyyənləşib
“Azərsu” ASC üzrə sudan ödənişli istifadə qaydaları müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları”nda əksini tapıb.
Qərara əsasən, “Azərsu” ASC fəaliyyət istiqamətlərinə uyğun olaraq su istehlakçılarını mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla içməli su ilə təchiz edir.
“Azərsu” ASC tərəfindən su istehlakçısına verilən suyun həcmi “Su təchizatı və tullantı suları haqqında” qanuna uyğun olaraq, Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən müəyyənləşdirilir.
Su istehlakçıları tərəfindən istifadə olunan içməli suyun həcminə görə ödəniş təsdiq edilən sudan istifadə haqqı (tariflər) əsasında hesablanır. İstifadə olunan içməli suyun həcminə görə “Azərsu” ASC-yə ödənişlər aşağıdakı istehlakçı qruplar tərəfindən həyata keçirilir:
- əhali istehlakçı qrup (məişət abonentləri) – yaşayış binalarının mənzillərində, yaşayış evlərində, həmçinin qarajlarda, həyətyanı və bağ sahələrində içməli sudan məişət ehtiyacları üçün (suvarma da daxil olmaqla) istifadə edən istehlakçılar (hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər istisna olmaqla);
- qeyri-əhali istehlakçı qrupu – istifadə təyinatından asılı olmayaraq, bu Qaydalarda nəzərdə tutulmayan bütün istehlakçılar;
- sudan xammal kimi istifadə edən istehlakçı qrupu – içməli sudan xammal kimi istifadə etməklə içkilərin sənaye üsulu ilə istehsalını həyata keçirən qeyri-xidmət sahələri.
Bu Qaydalara qeyd edilən istehlakçı qrup üçün tullantı sularının axıdılması xidmətinə görə Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən haqq sudan istifadə haqqına (tarifə) daxildir.
Xidmət göstərdiyi ərazilərdə içməli suyun təchizatı və tullantı sularının axıdılması üzrə uçotun aparılması, istifadəçilərin siyahısının müəyyənləşdirilməsi, ödənişlərin aparılmasına nəzarət “Azərsu” ASC tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq, ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə differensiallaşdırılacaq. Sudan istifadə haqqı (tariflər) və sudan istifadə haqqının (tariflərin) yuxarı həddi bu Qaydalarda nəzərdə tutulan təyinatlar və respublika üzrə illik su təsərrüfatı balansının müvafiq göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunacaq.
Sudan ödənişli istifadə qaydaları təsdiqlənib
“Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Naxçıvan Muxtar Respublikası üzrə sudan ödənişli istifadə qaydaları bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilir.
Tarif (qiymət) Şurası bu Qərarla ilə təsdiq edilən Qaydalara uyğun olaraq sudan istifadə haqqını (tarifləri) iki ay müddətində müəyyən etməlidir.
Bu Qərarla təsdiq edilən Qaydalar nəzərdə tutulan sudan istifadə haqqı (tariflər) təsdiq edildikdən sonra qüvvəyə minir.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
APA
Müştərilərin xəbərləri
“Burger King Azerbaijan” keçmiş əməkdaşlara əməkhaqqının ödənilməməsi ilə bağlı ittihamlara cavab verib - FOTO ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 d. əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
-
30 d. əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
-
42 d. əvvəl
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq ©
-
51 d. əvvəl
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
51 d. əvvəl
AzInTelecom “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakının mərkəzində yeni qadağa: avtomobillərin hərəkətinə məhdudiyyət artıq bütün günlər olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
2 saat əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt
Bakının mərkəzində yeni qadağa: avtomobillərin hərəkətinə məhdudiyyət artıq bütün günlər olacaq
Ən çox oxunanlar
“Burger King Azerbaijan” keçmiş əməkdaşlara əməkhaqqının ödənilməməsi ilə bağlı ittihamlara cavab verib - FOTO ®
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Sentyabrın 29-da gözlənilən hava şəraiti
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb






















