Vergi ödəyicilərinin sayı və vergi daxilolmaları artıb - DÖVLƏT XİDMƏTİ MƏLUMAT YAYDI
Dövlət Vergi Xidməti 2022-ci ilin yanvar-mart ayları ərzində vergi daxilolmaları və sosial sığorta ödəmələri sahəsində əldə olunan nəticələr haqqında məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda deyilir.
Vergi daxilolmaları
2022-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 802,2 milyon manat vergi daxil olub, proqnoza 123,8% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 34,4% faiz və ya 716,5 milyon manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 249,4 milyon manat olub, proqnoza 128,6% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 499,8 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 48,9% və ya 738,6 milyon manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz artaraq 1 milyard 699,5 milyon manat təşkil edib.
Regionlar üzrə daxilolmalar 262,2 milyon manat olmaqla, proqnoz 114,4 faiz icra edilib, ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 19,2 faiz artıb.
Ödənilən vergilərin 80,3 faizi qeyri-neft-qaz sektorunun, 19,7 faizi neft-qaz sektorunun payına düşüb.
Sosial sığorta ödəmələri
Məlumatda qeyd edilib ki, sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.
2022-ci il aprel ayının 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 779 min 476 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 239 min 554 vahid çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
2022-ci ilin yanvar-mart aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 47 milyon 408,3 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz və ya 152 milyon 118,3 min manat artıb, daxilolmalar üzrə proqnoz 86 milyon 602,1 min manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 649 milyon 803,9 min manat təşkil edib, proqnoz 118,2% icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 35,3 milyon manat olub, proqnoz 112.3% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1% artaraq 25,7 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 122,5% icra olunub.
Qeydiyyata alınmış vergi ödəyiciləri
Cari il aprel ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 683 min 231 təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,2 faiz artıb və 35 min 807 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 0,7 faiz artaraq 184 min 610 təşkil edib.
Onlayn nəzarət-kassa aparatlarının tətbiqi
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 58.095 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
14 d. əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
- 28 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
14 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
15 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Kürdəmirdə “Bazarstore” açılır
Ən çox oxunanlar
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib






















