"PAŞA Kapital" gəlirlərini və mənfəətini açıqladı
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2021-ci ili 2 milyon 461 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az şirkətin audit olunmuş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə "PAŞA Kapital"ın xalis mənfəəti 11,5% azalıb. Şirkət 2020-ci ili 2 milyon 780 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması xərclərin artmasından qaynaqlanır.
2020-ci ildə "PAŞA Kapital"ın faiz gəlirləri 793 min manat ikən, 2021-ci ildə 1 milyon 727 min manat təşkil edib. Şirkətin komissiya gəlirləri isə 1 milyon 449 min manatdan 1 milyon 921 min manata yüksəlib.
2021-ci ildə "PAŞA Kapital İnvestisiya Şirkəti"nin cəmi gəlirləri 5 milyon 464 min manat, cəmi xərcləri isə 3 milyon 3 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi gəlirləri 4 milyon 706 min manat, cəmi xərcləri isə 1 milyon 925 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
30 d. əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
30 d. əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
44 d. əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 53 d. əvvəl
-
1 saat əvvəl
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®
Azərbaycanda “Stop-Kredit” istifadəyə verilib
"Fitch Solutions": Gələn il Azərbaycanda iqtisadi artım 3%-ə çatacaq



























