Neft, Çinin normallaşması və "Goldman"ın proqnozlarına görə bahalaşır
Çində karantin tədbirlərinin yumşaldılması ilə tələbin bərpa olunacağı gözlənilir, Eyni zamanda "Goldman Sachs"ın neft qiymətləri ilə bağlı proqnozları neft bazarında qiymət artımına səbəb olub.Dünyanın ən böyük neft idxalçısı olan Çində tələbin canlanacağı barədə proqnoz və "Goldman Sachs"ın yeni analizi neft bazarında qiymətlərin formalaşmasına istiqamət verib.
Marja.az xəbər verir ki, ABŞ xam neftinin qiyməti 119 dolları, Brent markalı neftin qiyməti isə 120 dolları ötüb.
"Goldman Sachs" neftlə bağlı yeni analizində, bazardakı "uçurumu" aradan qaldırmaq üçün qiymətlərdə yeni bir artım baş verməsi lazım olduğuna diqqət çəkib. Bank üçüncü rüb üçün Brent neftilə bağlı proqnozunu 140 dollara, ABŞ xam neftilə bağlı proqnozunu isə 137 dollara yüksəldib.
Çinin paytaxtı Pekinin əksər hissəsində məhdudiyyətlər ləğv edilib
Çinin paytaxtı Pekində koronavirusun Omikron variantına görə tətbiq edilən məhdudiyyətlər şəhərin əksər hissəsində ləğv edilib.
Yerli hökumətin yaydığı açıqlamada, mayın 1-dən etibarən yalnız yeməklərin satışına icazə verilən restoranların yenidən açılacağı, evdən işləyənlərin ofislərinə qayıda biləcəyi qeyd olunub.
Açıqlamada bildirilib ki, ibtidai və orta məktəblər mərhələli şəkildə ənənəvi təhsilə qayıdacaqlar.
Vətəndaşların ictimai nəqliyyat vasitələrinə və ictimai yerlərə daxil olmaq üçün son 48 saat əvəzinə son 72 saatda aparılmış Covid-19 testinin mənfi nəticəsini göstərmələri tələb olunacaq.
Əmtəələrdə yeni rekord
Bloomberg Əmtəə Spot İndeksində yeni rekor qeydə alınıb. 23 əmtəənin daxil olduğu Bloomberg Əmtəə İndeksi 1,9 faiz artaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Bu il indeksdə ilin əvvəlindən bu yana görülən artım 36 faizə çatıb. Bu, son 10 ildə qeydə alınan ən sürətli artımdır.
İndeksin alt indekslərinə baxsaq, enerji qiymətlərindəki sürətli artım diqqət çəkir. Bu il enerji indeksi 92 faiz artıb. Beləliklə, 1992-ci ildən bəri ən sürətli artım bu alt indeksdə qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 d. əvvəl
-
29 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”































