Dünya Bankı qlobal iqtisadiyyatın artımı üzrə proqnozunu azaltdı
Ukrayna iqtisadiyyatında 45,1%, Rusiya iqtisadiyyatında isə 8,9% azalma gözlənilir.Dünya Bankı (DB) bir sıra mühüm məlumatların yer aldığı "Qlobal İqtisadi Proqnozlar" hesabatını dərc edib.
Dünya Bankı Rusiyanın Ukraynaya hücumundan sonra ərzaq böhranı və staqflyasiya gözləntiləri səbəbindən qlobal artım proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib.
Marja.az hesabatdən mühüm hissələri təqdim edir:
▪️Neft qiymətləri son iki il ərzində ən aşağı həddən 350% artıb ki, bu da 1973-cü ildən bəri ən böyük iki illik artım olub;
▪️DB avrozona iqtisadiyyatının artımı ilə bağlı proqnozu 2022-ci ildə 2,5%-ə, 2023-cü ildə isə 1,9%-ə endirib;
▪️DB ABŞ-ın ÜDM artımı proqnozunu 2022-ci ildə 2,5%-ə, 2023-cü ildə isə 2,4%-ə endirib;
▪️Rusiya Federasiyasının ÜDM-i 2022-ci ildə 8,9% və 2023-cü ildə 2% azalacaq, 2024-cü ildə yenidən 2,2% artım gözlənilir;
▪️Dünya Bankı bu il qlobal iqtisadiyyatın inkişafı üzrə proqnozunu 4,1%-dən 2,9%-ə endirib;
▪️DB Çin iqtisadiyyatının artımı ilə bağlı proqnozu 2022-ci ildə 4,3%-ə, 2023-cü ildə isə 5,2%-ə endirib;
▪️Dünya Bankı bu il Ukrayna iqtisadiyyatında 45,1% azalma, gələn il isə 2,1% artım proqnozlaşdırır.
▪️Qurum Türkiyə iqtisadiyyatının bu il 2,3 faiz, 2023-cü ildə isə 3,2 faiz böyüməsini gözləyir.
Bankın "Qlobal İqtisadi Perspektivlər" adlı hesabatında dünya iqtisadiyyatında son 80 ildən çox müddətdə ən böyük yavaşlamanın qeydə alınacağı proqnozlaşdırılıb.
Dünya Bankının prezidenti David Malpass deyib: "Ukraynadakı müharibə, Çindəki karantin tədbirləri, təchizat zəncirindəki problemlər və staqflyasiya riski iqtisadi artıma təzyiq edir. Tənəzzüldən xilas olmaq bir çox ölkələr üçün problem olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
19 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
23 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
-
2 saat əvvəl
Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı





























