Azərbaycana neft və qazdan pul sel kimi gəlir
Neft və qaz məhsullarının satışından Azərbaycana daxil olan valyuta 2 dəfədən çox artıb. İlk 5 yada 14,2 milyard dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib.2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 14 milyard 228 milyon 443 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 794 min dollarlıq təbii qaz ixrac edilib.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 6 milyard 519 milyon 732 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 4 milyard 927 milyon 241 min dollarlıq xam neft, 1 milyard 335 milyon 749 min dollarlıq təbii qaz ixrac edilmişdi.
Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac məbləğ ifadəsilə 2,2 dəfə artıb.
Qeyd edək ki, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac gəlirlərinin artmasının səbəbi dünya bazarlarında neft və təbii qazın kəskin bahalaşmasıdır.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
24 d. əvvəl
Tramp Çindən Boeing üçün daha 250 təyyarəlik sifariş gözləyir
- 34 d. əvvəl
-
37 d. əvvəl
Xəzərin suyunun içməli suya çevrilməsi üçün 140 milyon dollar kredit təsdiqləndi
-
40 d. əvvəl
Amazon süni intellekt şirkətinin texnologiyasını 7,5 milyard dollara satın alır
-
43 d. əvvəl
Kibertəhlükəsizlik tarixinin ən böyük satınalması – 44 milyard dollarlıq razılaşma
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Marketlər şəbəkəsi 13-cü filialını Mingəçevirdə açacaq
Bu gün Bakıda X Beynəlxalq Bankçılıq Forumu başlayır
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
Qazaxıstan gübrə istehsalını 5 dəfə artırmağı hədəfləyir


























