Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Rublun möhkəmlənməsi 130 milyard dollarlıq artıq valyuta təklifi ilə bağlıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rublun möhkəmlənməsi 130 milyard dollarlıq artıq valyuta təklifi ilə bağlıdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Rublun möhkəmlənməsi bazara 130 milyard dollar məbləğində artıq valyuta təklifi ilə yaranan təzyiqlə bağlıdır".

Marja xəbər verir ki, bunu RBC-ya Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

Onun sözlərinə görə,130 milyard dollarlıq artıq valyuta idxalın azalması və büdcə qaydasının dayandırılmasındaın nəticəsidir.

"Rublun möhkəmlənməsi bazarda artıq valyuta təklifinin təsiri altındadır ki, bu da Maliyyə Nazirliyi tərəfindən 130 milyard dollar dəyərində qiymətləndirilib. Bu məbləğ idxalın azalması, eləcə də əvvəllər neft ixracından artıq gəlirləri sterilizasiya edən büdcə qaydasının dayandırılmasının nəticəsində yaranıb",- Anton Siluanov RBC-yə müsahibəsində bildirib.

“İdxal təxminən 50 milyard dollar azalıb, bu o deməkdir ki, valyutanın bir hissəsi sadəcə olaraq getmir. Həmçinin bu il büdcə qaydamız olsaydı, təxminən 80 milyard dollarlıq valyuta gəlirlərinin bir hissəsini sterilizasiya edərdik. Bu indi baş vermir. Bazarda təzyiqin həcmi 130 milyard dollar təşkil edir”, - Siluanov vurğulayıb.

Sterilizasiya - valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də istifadə edilir.

Qərbin sərt sanksiyalarının tətbiqindən sonra martın əvvəlində rubl kəskin şəkildə zəifləyib və dollar 120 rubldan yuxarı ticarət edilib. Lakin sonradan Mərkəzi Bankın valyuta əməliyyatlarına qoyduğu məhdudiyyətlər, eləcə də Qərbin Rusiyaya mal tədarükünə qadağalar qoyması və logistika ilə bağlı problemlər səbəbindən rubl möhkəmlənməyə başlayıb. İndi dollar təxminən 51 rubla satılır. Moskva birjasının məlumatına görə, bu 2015-ci ilin aprelindən bu yana ən aşağı qiymətdir.

Maliyyə nazirinin sözlərinə görə, rublun möhkəmlənməsi nəticəsində ixracatçılar valyuta daxilolmalarından məhrum olur, dövlət büdcəsi gəlirlərinin bir hissəsini itirir. Güclü məzənnədən faydalanan idxalçılardır, lakin logistik çətinliklər üzündən  və Qərbin sanksiyaları altında onlar da öz potensialını tam reallaşdıra bilmirlər. Siluanov əmindir ki, bununla belə, onlar hələ də biznesi inkişaf etdirməyin yollarını tapacaqlar.

“İndi güclü məzənnə şəraitində idxalçılar yüksək motivasiyaya malikdirlər. Buna görə də, biznes yenə də öz yolunu tapacaq”, - deyə nazir bildirib.

Rusiyanın Maliyyə naziri Anton Siluanov rublu zəiflətmək üçün valyuta müdaxilələrini istisna etməyib.

Siluanov deyir ki, Rusiya valyutasının bahalaşdığı hər 10 rubl, büdcəyə bir trilyon rubldan çox məbləğə başa gəlir. Maliyyə Nazirliyi məzənnəni zəiflətmək üçün bazara intervensiyalara (müdaxilə etməyə) başlamağa hazırdır, baxmayaraq ki, Mərkəzi Bank buna qarşıdır.

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, hökumət rublun məzənnəsini sabitləşdirmək üçün artıq neft və qaz gəlirlərinin valyuta müdaxilələri üçün istifadəsini istisna etmir. O, indiki məzənnənin büdcə üçün sərfəli olmadığını xatırladıb.

Siluanovun verdiyi məlumata görə, Rusiya valyutasının 1 rub möhkəmlənməsi Rusiya büdcəsinə müxtəlif hesablamalara görə 130 milyarddan 200 milyard rubla qədər başa gəlir: “Yəni məzənnənin 10 rublu bir trilyon rubldan çoxdur”, - deyə Maliyyə Nazirliyinin rəhbəri bildirib.

Siluanov xatırladıb ki, yazda tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması məzənnəyə ciddi təsir göstərməyib və bu, hakimiyyəti bazar şərtlərinə uyğun olaraq məzənnənin formalaşmasında iştirak etməyə məcbur edir.

“Bütün məhdudiyyətlər aradan qaldırılıb - məzənnəyə heç bir təsir yoxdur. Biz idxalı stimullaşdırırıq, amma idxal artmır. Bazarda ya Mərkəzi Bankın, ya da Maliyyə Nazirliyinin iştirakı qalır. Mərkəzi Bank belə deyir: "mənim üçün məzənnənin sərbəst dəyişməsi prinsipi sarsılmazdır. Məzənnəni bazar müəyyən edir, qarışmayacağam". İndi sual olunur: bazarda başqa kimlər iştirak edə bilər? Maliyyə Nazirliyi əvvəllər neft və qazdan əldə olunan artıq valyutanı alırdı və Milli Rifah Fonduna xarici valyutada qoyurdu".

Siluanov hesab edir ki, birbaşa valyuta müdaxiləsi sanksiyalara görə təhlükəlidir və “dost ölkələrin valyutası” nəzarət mexanizmi kimi istifadə edilə bilər. “Biz dost ölkələrin valyutaları vasitəsilə məzənnəyə təsir göstərməyə hazırıq. Dost ölkələrin valyutaları vasitəsilə, dollar və avro ilə çarpaz məzənnələr vasitəsilə dolların və avronun rubla nisbətdə dəyərini tənzimləmək mümkün olacaq”.

29.06.2022 14:20
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
InvestAZ