Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının inkişafı, yerli daşıyıcıların təşviqi və onların bazar payının artırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycan daşıyıcılarının sayı, müvafiq bazar payları artıb. Daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin parkı genişlənib. “İcazə” blanklarına çıxış da asanlaşdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ötən ilin ilk 6 ayında daşıyıcıların sayı 71 olub. Bu ilin müvafiq dövründə isə bu rəqəm 204-ə çatıb. Beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı 2021-ci ilin ilk yarısında 2710 təşkil edib, bu ilin müvafiq dövründə isə 7208-ə yüksəlib. Hər iki göstərici üzrə 2.7 dəfə artım qeydə alınıb. Ümumilikdə 2022-ci ilin yanvar – iyun aylarında daşıyıcılara 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 29.7 faiz daha çox “İcazə” blankı verilib. Bu da beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının aktivliyinin 22.4 faiz artması deməkdir.
Azərbaycanla ən çox beynəlxalq avtomobil daşımaları həyata keçirilən ölkələr üzrə ikitərəfli avtomobil daşımaları bazarında 4 faiz artım qeydə alınıb. Ötən ilin yanvar – iyun ayları ilə müqayisədə həmin istiqamətlər üzrə həyata keçirilən daşımalarda Azərbaycan daşıyıcılarının iştirakı 6815 ədəd artıb, xarici daşıyıcıların iştirakı isə 2234 ədəd azalıb. Qonşu ölkələr üzrə Azərbaycan daşıyıcılarının bazar payı Türkiyə istiqamətində 7.7 faiz, Gürcüstan istiqamətində 10.2 faiz, Rusiya istiqamətində 5.4 faiz, İran istiqamətində isə 7.2 faiz artıb.
2021-ci ilin ilk 6 ayı ilə 2022-ci ilin eyni dövrünü müqayisə etdikdə Azərbaycanda beynəlxalq avtomobil daşımaları bazarının 3.2 faiz böyüməsi müşahidə olunur. Bu bazarda yerli daşıyıcıların payının artması da nəzərəçarpandır. Belə ki, Azərbaycanla tərəfdaş ölkələr arasında bazar payı paritetə yaxınlaşır. Ötən il yerli daşıyıcıların payı 39.5 faiz idisə, 2022-ci ildə bu rəqəm 47 faiz təşkil edir.
Azərbaycan daşıyıcıları 2021-ci ilin ilk 6 ayında 8242 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2022-ci ilin müvafiq dövründə bu göstərici 12726 olub. Bu da öz növbəsində üçüncü ölkələrə bu xidmətlərin ixracında 54.4 faiz artım deməkdir.
Beynəlxalq avtomobil daşımaları bazarının inkişafı üçün tədbirlər davam etdirilir. Belə ki, Nazirlər Kabinetinin 8 aprel 2022-ci il tarixli qərarı ilə beynəlxalq avtomobil daşımalarına buraxılış qaydaları təsdiqlənib. Bu qaydaların tətbiqi Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının inkişafına müsbət təsir göstərəcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
27 d. əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
-
34 d. əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb























