Asiyada LNG qiymətləri artmaqda davam edir
“Qazprom”un “Şimal axını” ilə tədarükün dayandırıldığını elan etməsindən sonra Asiyada LNG qiymətləri artmaqda davam edir. Asiyada qazın tədarükü üzrə fyuçerslər 1000 kubmetr üçün 2400 dollara yüksəlib.2024-cü ilin yanvarında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə ən bahalı Asiya fyuçerslərinin qiyməti 1 milyon BTU (Britaniya istilik vahidi) üçün 66,675 dollara və ya 1 min kubmetr üçün təxminən 2,4 min dollara yüksəlib.
Marja xəbər verir ki, bunu CME Group məlumatları (Japan Korea Marker, Yaponiya, Cənubi Koreya, Çin və Tayvan adasına LNG tədarükünü qiymətini əks etdirir) göstərir.
“Qazprom”un avqustun 31-dən sentyabrın 2-dək “Şimal axını” ilə tədarükün dayandırıldığını elan etməsindən sonra, eləcə də inkişaf etmiş ölkələr, o cümlədən Yaponiya və Cənubi Koreyanın bazarda alış üçün gərgin rəqabət aparmaları fonunda Asiyada LNG qiymətləri artmaqda davam edir. Ölkələr qışdan əvvəl ehtiyatları artırmağa çalışırlar.
LNG və digər enerji daşıyıcılarının qiymətlərinin artması idxalçı ölkələrdə tariflərin artmasına səbəb olur. Yaponiyada sentyabr ayında orta hesabla elektrik enerjisi qiyməti ilin əvvəlindən 24%-ə yüksələcək.
Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Yaponiya mayeləşdirilmiş qazın Rusiyadan tədarükü üçün uzunmüddətli müqavilələrə malikdir ki, bu da onu kəskin qiymət artımlarından qismən qoruyur.
Kifayət qədər valyuta ehtiyatı olmayan və uzunmüddətli müqavilələr əsasında böyük həcmdə LNG-yə malik olmayan inkişaf etməkdə olan ölkələr üçün çətin vəziyyət yaranır. Məsələn, Amerika Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun analitiklərinin qeyd edir ki, iyul ayında Pakistanın dövlət şirkəti LNG-nin alınması üçün tender elan edib, lakin inkişaf etmiş ölkələrin daha yüksək qiymət təklif etməyə hazır olmaları səbəbindən tenderə bir dənə də olsun müraciət olmayıb. Nikkei qəzetinin yazdığına görə, Pakistan və Banqladeş yanacaq çatışmazlığı nəticəsində elektrik enerjisinin kəsilməsi ilə üzləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
13 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























