“KazMunayQaz”: Qazaxıstan neftinin nəqli üçün Azərbaycanla müzakirələr aparılır
Qazaxıstan Azərbaycanla öz neftinin nəqlinin mümkün yollarını müzakirə edir.
Bu barədə cümə axşamı keçirilən brifinqdə Qazaxıstanın “KazMunayQaz” (KMG) milli şirkətinin idarə heyətinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev məlumat verib.
"Qazaxıstan neftinin mümkün nəqli üçün Azərbaycan tərəfi ilə müxtəlif səviyyələrdə, o cümlədən dövlət və milli şirkətlər səviyyəsində müzakirələr aparılır. Təfərrüatlar hələ də razılaşdırılmalıdır. Azərbaycan tərəfi ilə razılıq əldə edildikdən sonra daha ətraflı məlumat verəcəyik", - Dauren Karabayev qeyd edib.
O xatırladıb ki, Azərbaycanın iki neft kəməri - Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa, potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər.
Xatırladaq ki, “Reuters“in 12 avqust tarixində verdiyi məlumata görə, Qazaxıstan öz neftinin bir hissəsini - gündə təqribən 100 min barel və ya Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə nəql olunan həcmin 8%-ni Rusiyadan yan keçməklə Azərbaycanın boru kəmərləri ilə tədarük edib satmaq niyyətindədir.
Qeyd olunub ki, 20 il ərzində Qazaxıstandan neft Xəzər Boru Kəməri Konsorsiumunun kəməri vasitəsilə Novorossiysk limanına tədarük olunub. Bununla belə, iyul ayında Rusiya məhkəməsi neft sızmalarına qarşı mübarizə və ekoloji təhlükəsizlik planının pozulması səbəbindən CPC-nin fəaliyyətini 30 gün müddətinə dayandırdıqdan sonra Qazaxıstan alternativ yollar axtarmağa başlayıb.
Agentliyin istinad etdiyi mənbə bildirib ki, Qazaxıstanın “KazMunayQaz” milli şirkəti artıq SOCAR-la neft tədarükü ilə bağlı ilkin danışıqlar aparır. Qazaxıstan tərəfi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ildə 1,5 mln. ton yanacaq satmağı planlaşdırır. Beləliklə, Qazaxıstan BTC vasitəsi ilə gündəlik 30 min bareldən bir qədər çox neft sata biləcək.
Tərəflər arasında neft ixracına dair razılaşmanın avqust ayının sonunda imzalanması, tədarükə payızda başlanması gözlənilir.
Bununla yanaşı, Qazaxıstan 2023-cü ildən etibarən Azərbaycanın digər kəməri - Bakı-Supsa ilə ildə 3.5 milyon barel neft ixrac etmək niyyətindədir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
11 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
12 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 13 saat əvvəl
-
13 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
























