Goldman-dan Böyük Britaniyaya tənəzzül xəbərdarlığı
Goldman Sachs, İngiltərə iqtisadiyyatının 2022-ci ilin dördüncü rübündən etibarən tənəzzülə girəcəyini gözləyirGoldman Sachs, İngiltərə iqtisadiyyatının bu ilin dördüncü rübündən etibarən tənəzzülə (böhran, resessiya) girəcəyini gözləyir.
Marja xəbər verir ki, Goldman Sachs iqtisadçıları dərc etdikləri araşdırma hesabatında, Böyük Britaniyanın ÜDM-nin 2023-cü ilin ortalarına qədər təxminən 1 faiz azalacağını gözlədiklərini, eyni zamanda, bütün 2023-cü il üçün 1,1 faiz olan artım proqnozlarını 0,6% azalma olaraq yenidən nəzərdən keçirdiklərini bildiriblər.
İqtisadçılar tərəfindən hazırlanan araşdırma hesabatında, "Böyük Britaniyada həyat xərcləri ilə bağlı təzyiqlər pisləşən enerji böhranının dəstəyi ilə güclənməyə davam edir. Real istehlakın ciddi şəkildə düşəcəyi ehtimalı hələ də böyükdür.",- qeyd ediblər.
2023-cü ilin ikinci rübündə ev təsərrüfatlarının yığım nisbətinin "baş-başa nisbət"ndən aşağı düşəcəyini və 2023-cü ildə rekord aşağı səviyyə olan 3,5 faizə geriləyə biləcəyini təxmin edən Goldman Sachs, istifadə edilə bilən real gəlirin 2,9 faiz, real istehlakın isə 1,4 faiz azalacağını proqnozlaşdırıb.
Sentyabr ayında İngiltərə Mərkəzi Bankının (BoE) faizini 50 bənd artıracağını gözləyən Goldman Sachs, noyabr və dekabr ayları üçün 25 bəndlik artım gözləntilərinin yüksələ biləcəyini də qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
11 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























