“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
FED sədri J.Pavelin çıxışı sonrası dollar bahalaşırInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Ötən həftənin son ticarət günü “Jackson Hole” İqtisadi Siyasasət Simpoziumunda çıxış edən Federal Ehtiyatlar Sisteminin sədri J.Pavelin iqtisadi yavaşlamaya baxmayaraq, yüksək inflyasiyanın qalıcılığının qarşısını almaq üçün sərt monetar siyasəti davam etdirəcəklərinə dair açıqlamalarından sonra dollar indeksi yenidən 108 bənd hədlərinin üzərinə yüksəldi. Nəticədə dollar major valyutalar qaşısında kəskin bahalaşdı. Bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair statistik rəqəmlər, xüsusən də “NFP” göstəricisi dollar indeksində tendensiyanın davam edib etməyəcəyində həll edici roll oynaya bilər. Təhlillərə əsasən, dollar indeksindəki yüksəliş davam edərsə, EURUSD məzənnəsi 0.9650 hədlərinə qədər ucuzlaşa bilər.
GBP
GBPUSD məzənnəsi də ötən həftə dollar qarşısında kəskin dəyər itirdi. Dollar indeksindəki tendensiya davam edəcəyi təqdirdə GBPUSD məzənnəsindəki eniş tendensiyası 1.15$-a kimi davam edə bilər.
Bu həftənin çərşənbə günü Avrozonada açıqlanacaq inflyasiya göstəricisi də investorların diqqət mərkəzində olacaqdır.
TRY
Ötən həftə 18.20TL hədlərinə kimi yüksələrək son bir ilin maksimumlarını test edən USDTRY məzənnəsində artım tendensiyası davam edir. Hazırda 18.13TL hədlərində ticarət olunan USDTRY cütlüyündə 18.20TL səviyyəsi qırılacağı təqrdirdə tarixi maksimumlar növbəti dəfə test edilə bilər.
OIL
Ötən həftə 103$ hədlərinə qədər bahalaşsa da, “Brent” nefti burada müqavimət səviyyəsini qırmaqda çətinlik çəkərək 100$ hədlərinə kimi gerilədi. 100$ səviyyəsindəki dəstək həddi qorunacağı təqdirdə, artım tendensiyası davam edə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qızıl 1765$-a kimi bahalaşsa da, FED sədri J.Pavelin ötən həftənin son ticarət günü “Jackson Hole” Simpoziumundakı çıxışı sonrası yenidən 1738$ hədlərinə kimi gerilədi. Dollar indeksindəki yüksəliş davam edərsə, qızıl 1720$-a (55.30$/qram) kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
14 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək































