Bakıda müasir silah və texnika sərgisi baş tutacaq - sektorun aparıcı şirkətləri olacaq
Sentyabrın 6-dan 8-dək Azərbaycanın paytaxtı Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçiriləcək.
ADEX sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.
ADEX müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra baş tutacaq. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək. Sərgidə Azərbaycan ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdiriləcək.
208 şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib, sahə olaraq 5% artım nümayiş etdirəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə İordaniyadan olan şirkətlər də qatılacaq. Bu il 8 ölkə milli stendləri ilə iştirak edəcəklər. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar.
Sərginin baş sponsoru “Jadara Equipment & Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.
ADEX 2022 sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və s. sektorlar təmsil olunacaq.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci, üçüncü zallarında və açıq sahəsində yerləşdiriləcək. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdiriləcək. Peşəkarlar ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər.
Sərginin açıq sahəsi xüsusi diqqətə layiqdir, burada hərbi maşınlar, pilotsuz uçuş aparatları, hava hücumuna qarşı sistemlər və daha çoxu təqdim olunacaq.
Ənənəvi olaraq sərgidə xarici nümayəndə heyətlərinin səfərləri nəzərdə tutulub. Belə ki, dünyanın 20 ölkəsi bu ölkələrin hərbi idarələrinin nümayəndələrinin başçılığı ilə ADEX 2022 sərgisinə öz nümayəndə heyətlərini göndərib. Bu siyahıya ilk dəfə rəsmi nümayəndə heyətləri ilə qatılan ölkələr daxildir. Bunlar Mərakeş, Nigeriya, Ruandadır. Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən ADEX sərgisinə göstərilən böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiqləyir. Sərgidə ümumilikdə 59 şirkət nümayəndə heyəti iştirak edir.
ADEX sərgisində müasir silah növlərinin genişmiqyaslı nümayişi hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.
“ADEX” ilə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Qeyd olunan sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.
“Securex Caspian” sərgisi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edəcək.
“Securex Caspian” sərgisində siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və s. bölmələr təqdim olunacaq.
“ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində pilotsuz sistemlər, zirehli döyüş nəqliyyat vasitələr, silah və sursat, hərbi tibb ləvazimatlar və başqa aktual mövzularda sessiyalar keçiriləcək. Həmçinin sərgi çərçivəsində startapların təqdimatları nəzərdə tutulub. Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək. Sərginin proqramı ilə www.adex.az/ rəsmi internet saytında tanış olmaq olar.
Beləliklə, “ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
7 saat əvvəl
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
- 7 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
-
11 saat əvvəl
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
-
12 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
Volkswagen 88 illik tarixində ilk dəfə zavodunu bağlayır
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
Ən çox oxunanlar
"Hazırda 33 səhm və 30 istiqraz listinqdədir"
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi - SƏRƏNCAM














.jpg)









.jpg)


