Mis ardıcıl 5 aydır ucuzlaşır
Mis, 2008-ci ildən bəri ən uzun müddətdir ucuzlaşır. Mərkəzi bankların faiz artırmaları və qlobal tənəzzüllə bağlı artan narahatlıqların ardınca mis ardıcıl beşinci aydır ucuzlaşır.Mis, 2008-ci il maliyyə böhranına bənzər yeni böhran qorxusu artdıqca, ardıcıl beşinci aydır ucuzlaşamqda davam etdirir.
Marja xəbər verir ki, misin qiyməti, Rusiyanın Ukraynanı işğal etməsindən sonra mart ayında qeydə alınan rekorddan sonra təxminən üçdə bir geriləyib.
Avropadakı enerji böhranı, FED-dən sərt pul siyasətinin davam edəcəyinə dair açıqlamalar və Çinin sıfır Covid strategiyasının tələbatı zədələnəcəyinə dair narahatlıqlar artmaqda davam edir.
Mis tələbi ilə bağlı narahatlıqlar təklif tərəfində davam edən azalmadan üstündür. Dünya mis hasilatının dörddə birindən çoxunu idarə edən Çili, iyul ayında əvvəlki illə müqayisədə hasilatın 8,6 faiz azaldığını bildirib.
Çində isə bu ilin əvvəlində təkrarlanan Covid-19 epidemiyası ilə əlaqədar olaraq Şanxayın iki aylıq bağlanması, müəssisələrin yavaş bərpası və dayanmış tələblə mübarizə apardığı üçün iqtisadiyyat dalğalanmaqda davam edir.
Martın əvvəlində qlobal birjalarda 1 ton misin qiyməti 10 min 800 dolları keçmişdi (10 845 dollar/mt). Bu gün isə 1 ton misin qiyməti 7600 dollar səviyyələrinədək geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
8 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























