"Neftin dünya qiymətləri 120-130 dollar/barelə qədər arta bilər"
"Rusiya neftinin qiymətinə limit tətbiq edilməsi qiymətlərin artmasına səbəb ola bilər""Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması dekabr ayında neftin dünya qiymətlərinin 120-130 dollar/barelə qədər artmasına səbəb ola bilər".
Marja xəbər verir ki, bu fikri TASS-a "Finam"ın aparıcı analitiki Aleksandr Potavin bildirib.
Cümə günü, sentyabrın 2-də G7 ölkələri Moskvanın ixracdan əldə etdiyi gəlirləri məhdudlaşdırmaq məqsədilə Rusiya neftinin qiymətinə "tavanı" (maksimum qiymət) təbiq etməyə razılaşıblar. Bunun üçün onlar geniş beynəlxalq koalisiya yaratmaq və Rusiya neftinin dəniz nəqliyyatı zamanı istənilən xidmətlərin göstərilməsini qadağan etmək istəyirlər (Əgər Rusiya nefti razılaşdırılmış tavandan yuxarı qiymətə satılırsa).
Potavinin sözlərinə görə, real variant neftin qiymətini 60 dollar civarında məhdudlaşdırmağa çalışmaqdır. Rusiya Federasiyasının Maliyyə Nazirliyinin məlumatına görə, avqustda Uralın orta qiyməti 74,73 dollar/barel təşkil edib.
Onun sözlərinə görə, "qiymət tavanı" mövzusu Rusiya Federasiyasının çox aşağı qiymətlərə neft satmaqdan imtina etməsinə gətirib çıxara bilər: "Bu halda dünya neft bazarında qiymətlərin partlayıcı artımı baş verə bilər - dekabrda "Brent" neftinin qiyməti 120-130 dollar/barelə qədəryüksələ bilər".
Enerjinin İnkişafı Mərkəzinin analitiklərinin öz Telegram kanalında qeyd ediblər ki, təşəbbüs siyasi bəyannamə olaraq qalır. Mexanizmin necə dəqiq işləyəcəyi tam aydın deyil.
Sentyabrın 1-də Rusiya baş nazirinin müavini Aleksandr Novak Qərbin bu cür təkliflərini "tam absurd" adlandırıb. O bildirib ki, Rusiya, neftin qiymətinin məhdudlaşdırılması barədə qərar qəbul edən ölkələrə neft və neft məhsullarının tədarükünü dayandıracaq.
"İndi dünyada Rusiya neftini əvəz edə biləcək azad istehsal gücü yoxdur. Rusiyanın ixracatı nə qədər azalsa, dünya neftinin qiyməti də o qədər yüksək olacaq. Beləliklə, satışını azaltmaqla Rusiya demək olar ki, heç nəyi riskə vermir. Büdcə və neft şirkətlərinin gəlirləri, çox güman ki, yalnız artacaq", - deyə mərkəzin analitikləri hesab edirlər.
"Hər halda qeyd etmək olar ki, G7 təşəbbüsü yalnız dünya neft qiymətlərinin artmasına gətirib çıxaracaq. Rusiya ixracına məhdudiyyətlərin miqyası nə qədər böyük olsa, qiymətlər də bir o qədər artacaq", - onlar hesab edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
7 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























