Azərbaycanda oktyabr-dekabr aylarında epidemik alovlanmalar gözlənilir - RƏSMİ
“Bütün hava-damcı infeksiyalarında payız-qış aylarında eyni qanunauyğunluqla epidemik alovlanmalar müşahidə olunur. Bu hal çox güman Azərbaycanda oktyabr-dekabr aylarında müşahidə ediləcək”.
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
T.Eyvazov bildirib ki, hazırda Azərbaycanda koronavurusla əlaqəli epidemioloji vəziyyət müəyyən qədər yüksək səviyyədə stabilləşməkdədir, bəzi günlərdə infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını hətta üstələyir:
“Dünyada da eyni tendensiya müşayiət olunur. Eyni zamanda aktiv xəstə sayına baxsaq xəstəxanaların yüklənmədiyini görə bilərik. Bu, hazırda dövriyyədə olan “Omikron” ştamının daha yüngül gedişi hesabınadır. Ümumdünya Səhiyyə Təşkilatı havaların soyuduğu dövrlərdə yoluxma hallarının sayında əhəmiyyətli artımların olacağını proqnozlaşdırır. Bu da təbii haldır. Belə dövrlərdə əhalinin sanitar qaydalara ciddi riayət etməsi daha da vacib sayılır. Xüsusən qapalı məkanlarda maskadan istifadə, otaqların tez-tez havalandırılması, insanların toplandığı məkanlarda daha az vaxt keçirmək, gigiyena qaydalarına əməl etmək və s”.
Nazirlik rəsmisi əlavə edib ki, yoluxma sayının artmasının karantin tədbirlərinin sərtləşdirilməsi ilə nəticələnəcəyi düşünülmür:
“Lakin pandemik həyat tərzi, yəni heç bir məcburedici qərarlar olmadan əhalinin tövsiyələr əsasında könüllü olaraq müəyyən qaydalara şüurlu surətdə əməl etməsi və bunun nisbətən kütləvi olması ümumi duruma xeyl müsbət töhfə verə bilər. Eyni zamanda peyvənd olunmamışların və ya buster doza almamış şəxslərin, xüsusən də risk qrupunda olanların vaksinasiya prosesinə könüllü qatılması arzuolunandır”.
Qeyd edək ki, bu günə qədər ölkədə COVID-19-a yoluxanların ümumi sayı 815 523 nəfər təşkil edib. 3 442 nəfər isə aktiv xəstə statusundadır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























