Azərbaycan bankları əlillərə kredit vermir?
Son illər Azərbaycan banklarında likvidlik kifayət yüksək olduğundan onlar əhaliyə və biznesə aktiv şəkildə pul təklif edirlər.
Bununla belə, bankların hər yoldan ötənə kredit ayırdığını demək olmaz.
Kredit təşkilatları bir qayda olaraq gəliri kifayət qədər olmayan, mənfi kredit tarixçəsi və qeydiyyatla bağlı problemləri olan şəxslərə borc vermirlər. Son günlər isə sosial şəbəkələrdə əhalinin daha bir təqəbəsinin kredit almaq imkanlarının məhdudlaşdırılması barədə xəbərlər yayılıb. Söhbət I qrup əlillərdən gedir. Bəs bu nə dərəcədə doğrudur və qanunidir?
"Qanunda belə bir qadağa yoxdur"
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli deyir ki, qanunvericiklikdə əlilliyi olan şəxslərə kredit verilməməsi ilə bağlı qadağa yoxdur: “Hər hansı bankın daxili sənədində də belə bir qadağa yoxdur. Ancaq bank kommersiya təşkilatı olduğu üçün bəzi kriteriyaları nəzərə alır. Bu kriteriyalara hansı şəxslərin krediti qaytara bilmək imkanın olduğu aiddir. Əlillərin sosial müavinəti və pensiyası banklar üçün uyğun olmadığına görə kredit verilmir. Əgər əlil şəxs 300 -350 manat pensiya və yaxud sosial müavinət alırsa, banklar hesab edir ki, bu şəxslər krediti qaytara bilməz. Kredit verən bankların göstərə, istinad edə biləcəyi heç bir normativ hüquqi baza yoxdur. Lakin bütün hallarda olmasa da, bir çox hallarda əlilliyi olan şəxslərə kredit verilmir".
"Bu məsələni BMT səviyyəsində qaldırmışıq"
Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata bu problemlə bağlı müraciət edənlər çox olub: “Bu problem həll olunmalıdır və biz bu istiqamətində iş görürük. O cümlədən müvafiq təşkilatlara müraciət etmişik ki, pensiya və sosial müavinətlər elə bir səviyyəyə çatdırılsın ki, bankların qoyduğu tələbləri təmin etsin və əlillər kredit götürə bilsinlər. İttifaq olaraq bu məsələni bir neçə dəfə BMT-nin Cenevrə (İsveçrə) və Nyu-Yorkdakı (ABŞ) ofislərində də qaldırmışıq, əlilliyi olan şəxslərə qarşı ayrıseçkilik olmaması ilə bağlı danışmışdıq, sosial müavinətlərin aşağı olması səbəbindən kreditlərin verilmədiyini bildirmişik. Digər tərəfdən qanunvericiliyə dəyişiklik edilməsi üçün hazırladığımız sənədləri BMT-yə göndərmişik və BMT də bunu öz növbəsində bizim hökumətə göndərib ki, bu məsələyə diqqət yetirsin".
"Əlillərlə bağlı problem olmayıb"
“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Baş iqtisadçısı Əzizağa Haxverdiyev isə deyir ki, Azərbaycanda əlillərə kreditlərin verilməsində indiyə kimi problem olmayıb: “Əgər şəxsin rəsmi gəliri varsa, ödəniş qabiliyyəti varsa, banklar kredit verirlər. Yəni bank üçün əsas budur ki, ödəniş qabiliyyəti olsun. Əgər ödəniş qabiliyyətinə təsiri varsa, artıq bank burada kredit verməyə bilər. Əsas rəsmi gəliridir, rəsmi iş olmasa da olar. Yəni adam göstərməlidir ki, gəliri haradan gəlir. Bankın gəliri olmayan bir şəxsə kredit verməyi düzgün deyil. Ümumiyyətlə, banklar rəsmi gəliri və yaxud rəşmi işi olmayan heç kimə kredit vermir”.
"Əlilin iş yeri olmalıdır"
Azərbaycan banklarından birinin kredit mütəxəssisi Emil Əliyev isə deyir ki, kredit almaq istəyən əlil istənilən halda iş yerinə malik olmalıdır: “Bizim bankda əlillik üçün alınan müavinət pensiya kimi sayılır. Pensiya alanlara isə biz kredit verə bilmirik. Amma iş yeri varsa, ona kredit ayıra bilirik. Bu vaxt əlilliyi də əlavə gəlir kimi götürürük. Məsələn, 500 manat maaş, 200 manat da pensiya alırsa, biz onu 700 manat gəlir kimi nəzərə alıb kredit veririk. Amma yalnız əlillik müavinəti ilə yaxınlaşan şəxsə kredit ayırmaq alınmır".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 saat əvvəl
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
6 ayda 460 min manat zərər – “Zəyəm Texnologiyalar Parkı”nın maliyyə göstəriciləri zəifləyib
-
22 saat əvvəl
7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xidmət göstərilib
-
22 saat əvvəl
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
-
22 saat əvvəl
BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
-
23 saat əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
23 saat əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
Azərbaycan neftinin son qiyməti
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
Ən çox oxunanlar
Avqustun 15-də gözlənilən hava şəraiti
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı

























