Rusiya İran və Azərbaycanın gömrük idarələri arasında “sadələşdirilmiş gömrük dəhlizi” təklif edir
Beynəlxalq nəqliyyat dəhlizinin yaradılması Rusiya, İran və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın çox mühüm sahəsidir.
Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Bakıda "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişafı ila bağlı keçirilən görüş zamanı bildirib.
Onun sözlərinə görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınmalar üçün logistika xidmətinin yaradılması imkanlarının nəzərdən keçirilməsi təklif edilir.
“Moskva “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında Bakı və Tehranla səmərəli əməkdaşlığa hazırdır. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması malların Rusiyadan İran limanlarına maneəsiz daşınmasını təmin edəcək”, deyə Novak vurğulayıb.
O bildirib ki, ölkəsi Rusiya Federasiyası, İran və Azərbaycanın gömrük idarələri arasında “sadələşdirilmiş gömrük dəhlizi” layihəsi üzrə əməkdaşlığın davam etdirilməsini vacib hesab edir.
Novakın sözlərinə görə, Rusiya artıq beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün infrastrukturun yaradılması üzrə tədbirlərin siyahısını hazırlayıb: “Moskva beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün normativ bazanın doldurulması üçün təkliflər hazırlayıb. İki-üç ay ərzində beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsi çərçivəsində, o maliyyə mənbələri ilə bağlı konkret təkliflər hazırlanmalıdır”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























