Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
Sentyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının üzvü Samir Şərifov ölkəmizdə səfərdə olan bankın baş iqtisadçısı Albert Parkla görüşüb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən bank tərəfindən ənənəvi olaraq hər il hazırlanan “Asiyanın İnkişafına Baxış” sənədi, habelə 2023-cü ildə hazırlanacaq və 2024-2028-ci illəri əhatə edəcək Azərbaycan ilə AİB arasında tərəfdaşlıq strategiyasının əsas istiqamətləri üzrə müzakirələr aparılıb.
S.Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhər və kəndlərin dirçəldilməsi, Böyük Qayıdış üçün zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə geniş məlumat verib, hökumətin ölkə iqtisadiyyatının inkişaf hədəflərinə nail olmaq üçün həyata keçirdiyi mühüm layihələrdə AİB-in göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib.
Nazir Rusiya-Ukrayna müharibəsinin enerji və ərzaq bazarlarında yaratdığı çətinliklərin və yüksək inflyasiya təhdidlərinin ölkəmizə də təsirsiz ötüşmədiyini diqqətə çatdırıb.Öz növbəsində Albert Park Azərbaycan ilə AİB arasında uzunmüddətli və strateji əməkdaşlıqdan məmnunluğunu ifadə edərək yaranmış qlobal iqtisadi təhdidlərlə mübarizə şəraitində Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurla davam etdirildiyini və qurumun bundan sonra da Azərbaycanla əməkdaşlığı genişləndirməyə, ölkənin iqtisadi inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
32 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tramp Özbəkistana səfər etmək istəyir
Ən çox oxunanlar
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
























