İngiltərə son 33 ilin ən böyük faiz artımını edə bilər
Bu həftə keçirəcəyi iclasda İngiltərə Mərkəzi Bankı (BoE) yüksək inflyasiyanı cilovlamaq və Britaniya aktivlərinə inamı artırmaq üçün 33 ilin ən böyük faiz artımını edə bilər.Böyük Britaniyada inflyasiya 2 faizlik hədəfdən təxminən 5 dəfə yüksək olduğu üçün İngiltərə Mərkəzi Bankının (Bank of England) rəsmiləri faiz artırmağı sürətləndirmək üçün təzyiqlə üzləşiblər.
Marja xəbər verir ki, yeni Baş nazir Liz Trassın ev təsərrüfatlarını artan enerji qiymətlərindən qorumaq üçün atacağı addımların iqtisadiyyatda gözlənilən yavaşlamanı yumşaltması gözlənilir.
BNP Paribas-ın Avropa üzrə Baş iqtisadçısı Paul Hollingsworth müştərilərinə yazdığı məlumatlandırma qeydində, "50 deyil, 75 bəndlik faiz artırılacağı arqumenti daha inandırıcı görünür" deyib.
Bloomberg tərəfindən keçirilmiş sorğuda iştirak edən 47 iqtisadçının əksəriyyəti faizin 50 bənd artırılacağını gözləyir. Cümə günü, bazarlarda faizin 75 bənd artırılacağına 50%-dən yuxarı qiymət verilirdi. Ötən həftələrdə bu nisbət 80% ətrafında idi.
Avqust ayında Bank 50 faiz bəndi olmaqla 1995-ci ildən bəri ən böyük faiz artırımını edib.
Faiz dərəcəsinin 75 bənd artırılması 1989-cu ildən bəri ən yüksək faiz artımı olacaq. Ölkədə inflyasiyanın daha da artacağı gözlənilsə də, şirkətlər vakant iş yerlərini doldurmaqda da çətinlik çəkirlər. Eyni zamanda, yaşayış xərclərinin artması bədbin mənzərə yaradır.
BNP, JPMorgan və Credit Suisse kimi qurumların bəzi iqtisadçıları inflyasiyanın aşağı səviyyədə saxlanmasının bankın əsas prioriteti olduğunu və FED-dən geri qalmaq istəməyəcəyini söyləyirlər. FED-in bu həftə keçiriləcək iclasında üçüncü dəfə faiz dərəcələrini 75 bənd artıracağı gözlənilir. Avqust ayında inflyasiya 8 faizi keçdiyi üçün faiz dərəcələrində 100 bəndlik artım gözləyənlər də var.
Bəzi iqtisadçılar isə iqtisadiyyatın tənəzzülə girəcəyindən narahatdırlar. Onlar bildirirlər ki, iqtisadi yavaşlama faiz artırmağı çətinləşdirir.
Kraliça II Elizabetin ölümündən bir həftə sonraya təxirə salınan faiz qərarı cümə axşamı günü açıqlanacaq.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
-
9 d. əvvəl
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
-
37 d. əvvəl
Tramp Çindən Boeing üçün daha 250 təyyarəlik sifariş gözləyir
- 47 d. əvvəl
-
50 d. əvvəl
Xəzərin suyunun içməli suya çevrilməsi üçün 140 milyon dollar kredit təsdiqləndi
-
53 d. əvvəl
Amazon süni intellekt şirkətinin texnologiyasını 7,5 milyard dollara satın alır
-
56 d. əvvəl
Kibertəhlükəsizlik tarixinin ən böyük satınalması – 44 milyard dollarlıq razılaşma
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tramp Çindən Boeing üçün daha 250 təyyarəlik sifariş gözləyir
Ən çox oxunanlar
Marketlər şəbəkəsi 13-cü filialını Mingəçevirdə açacaq
Bu gün Bakıda X Beynəlxalq Bankçılıq Forumu başlayır
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
Rusiya gübrə qiymətlərini daha 6 ay sabit saxlayacaq
Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib

























