"Fevral ayında inflyasiya məqbul səviyyələrə düşəcək"
Ərdoğanın aşağı faizlə investisiya çağırışıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında inflyasiyanın məqbul səviyyələrə, gələcək illərdə isə təkrəqəmli səviyyələrə düşəcəyini bildirib.
Marja xəbər verir ki, Prezident Ərdoğan, "Türkiyə iqtisadiyyat modelinin məqsədi sərmayə, məşğulluq və cari əməliyyatlar hesabı profisiti ilə ölkəmizi böyütməkdir. Hazırda bir çox liderlər faiz dərəcələrinin aşağı salınmasının faydalarından danışır. Cənab Putin keçmişdə bunu müdafiə edərkən bu gün onu aşağı salmağa başlayıb”, - deyib.
Ərdoğan iş dünyasını aşağı faizli kreditlərlə investisiya etməyə çağırıb.
Türkiyə Prezidenti deyib:
"Son 20 ildə çoxlu hücumlar və oyunlarla mübarizə apardıq. İqtisadiyyat da hücuma məruz qalıb. 2018-ci ilin avqust ayından etibarən bu hücumlar sürətlənib. Buna baxmayaraq biz iqtisadi siyasəti sürətlə həyata keçirdik. Ölkəmizin ehtiyaclarına uyğun olaraq davam etdirdiyimiz Türkiyə İqtisadiyyat Modelinin məqsədi ixracat, cari əməliyyatlar hesabı profisiti və məşğulluq vasitəsilə ölkəmizi irəli çıxarmaqdır.
İqtisadi fəaliyyətin kökündən sarsıldığı bir dünyada ölkəmizi ən sərt şəkildə tənqid edənlər belə bizə tərəf çəkilib. Bunu bütün liderlər sonuncu Səmərqənd sammitində, sonra isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçirdiyimiz görüşlərdə ifadə etdilər. Türkiyə artıq köhnə Türkiyə deyil.
İndi etiraf olunur ki, yüksək faiz aşağı inflyasiya və sabit məzənnə təmin etmir və bun görə də əslində heç bir problemin həllini təmin etmir. Diqqət etsəniz, bu üsullar artıq heç kim tərəfindən qeyd edilmir. Səsləndirilən zaman da ciddi qəbul edilmir. İndi bir çox liderlər faiz dərəcələrinin aşağı salınmasının faydalarından danışırlar. Rusiyanın özü, cənab Putin, keçmişdə faiz dərəcəsini müdafiə edərkən, bu gün onu aşağı salmağa başlayıb, 8.6% səviyyəsinə endirilib.
Mənim qarşımda investorlar var. Mən sizə səslənirəm. Sizi aşağı faizlə investisiya etməyə dəvət edirik. Çünki aşağı faizlə alacağınız kreditlə etdiyiniz investisiyalar məşğulluğu təmin edəcək, istehsal və ixracı artıracaq və cari profisiti bizim xeyrimizə çevirəcək.
2018-ci ildə iqtisadi siyasətimizdə məşğulluq və istehsala yönəlmiş yol seçdik. İlin ilk yarısında 7,5% iqtisadi artımımız, 31 milyon məşğulluğumuz və 300 milyard dollarlıq ixracatımız hədəflərimizə doğru irəlilədiyimizin işarələridir.
İnşallah, biz Qara dənizdən təbii qazı xalqımıza çatdıranda zaman tamam başqa cür dönməyə başlayacaq.
Fevralda inflyasiyanı məqbul səviyyəyə endirəcəyik. Biz inflyasiyanı birrəqəmli səbiyyələrə endirməkdə qərarlıyıq. İnflyasiyanı keçmişin xatirəsinə çevirəcəyik.
İşçilərə nağd şəkildə ödənilən yemək haqları vergidən azad olunacaq. Vergi güzəştini 34 lirədən 51 lirəyə qaldırdıq.
İşəgötürənlərdən işçilərə 1000 TL elektrik, təbii qaz və istilik dəstəyini gəlir vergisi və sığorta mükafatı ayırmalarından azad edirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
45 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 52 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)













.jpg)





