Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Spot qızıl sentyabrın sonlarında bir unsiya üçün təxminən 4 min 153 dollar səviyyəsində ticarət olunub və ay ərzində təxminən 6,6 faiz ucuzlaşıb. Mərkəzi banklar qızılı sürətlə yığırlar. Deutsche Bank-dan vacib proqnoz. Bank bəyan edib ki, yenidən qızıl almaq üçün cəlbedicidir, investorlar bazardan çəkilib, alış fürsəti yaranıb.Almaniyanın iri maliyyə qurumu Deutsche Bank hesab edir ki, qızıl hazırkı qiymət səviyyələrində həddindən artıq satılıb və 2027-ci il üçün yenidən alış baxımından cəlbedici görünür.
Marja.az xəbər verir ki, Deutsche Bank-ın Qiymətli Metallar Araşdırmaları şöbəsinin rəhbəri Daniel Ghali bildirib ki, qızılda investor mövqeləri aşağı səviyyələrə düşüb və bazarda mövcud vəziyyət qiymətli metal üçün əlverişli imkan yaradır.
Ghali BNN Bloomberg-ə müsahibəsində ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyinin 5 faizdən yuxarı qalxmasına və neftin bir barelinin 100 dollardan baha olmasına baxmayaraq, qızılın iyuldan bəri yeni minimum səviyyəyə düşmədiyinə diqqət çəkib. Onun fikrincə, yüksək faiz dərəcələrinin qızıl üzərində yaratdığı ciddi təzyiqə baxmayaraq qiymətli metalın möhkəm qalması bazarın dayanıqlılığını göstərir.
Mərkəzi banklar qızıl alışını sürətləndirib
Ghali bildirib ki, mərkəzi banklar və digər rəsmi qurumların qızıl alışlarının tempi hazırda 2021–2022-ci illərdə qeydə alınan səviyyədən iki dəfədən çox yüksəkdir. Eyni zamanda, qızıl bazarında iştirak edən institusional investorların sayı və əhatə dairəsi 2021-ci ildən bəri təxminən 70 faiz genişlənib. Deutsche Bank hesab edir ki, bu fundamental amillər investorların hazırda qızıldakı aşağı mövqeləri ilə ciddi ziddiyyət təşkil edir və gələcəkdə qiymətlərin yüksəlməsi üçün zəmin yarada bilər.
İnvestorların qızıldan çıxışı kəskinləşib
Deutsche Bank-ın 30 sentyabr tarixli hesabatına görə, trendi izləyən investisiya fondlarının qızılın ucuzlaşmasına yönəlmiş mövqeləri (qısa mövqelər) 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb. Diskresion investorların uzun mövqeləri isə (qızılın bahalaşmasına yönəlmiş mövqelər) iyunda qeydə alınmış zirvə səviyyəsindən təxminən 55 faiz azalıb.
(Diskresion investor — investisiya qərarlarını əvvəlcədən sərt alqoritm və ya mexaniki qayda ilə deyil, öz təhlili, bazar baxışı və peşəkar mülahizəsi əsasında verən investor deməkdir)
CME-də qızıl fyuçersləri üzrə açıq mövqelərin həcmi də olduqca aşağı səviyyələrə düşüb. Ghali hesab edir ki, bu göstəricilər qızıl bazarında investor mövqelərinin artıq həddindən artıq zəiflədiyini göstərir.
Qızıl yüksək faizlərə müqavimət göstərir
ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi adətən faiz gəliri gətirməyən qızıl üçün mənfi amil hesab olunur. Buna baxmayaraq, qızılın son aylarda yeni minimum səviyyəyə enməməsi Deutsche Bank tərəfindən qiymətli metalın güclü mövqeyinin göstəricisi kimi qiymətləndirilir.
Sentyabrda qızıl qiymətləri ciddi təzyiq altında qalıb. Qızıl sentyabrın sonlarında bir unsiya üçün təxminən 4 min 153 dollar səviyyəsində ticarət olunub və ay ərzində təxminən 6,6 faiz ucuzlaşıb. Ghali hesab edir ki, mövcud qiymət və investor mövqeləri fonunda qızıl 2027-ci ilə doğru daha cəlbedici investisiya aktivinə çevrilə bilər.
Gümüşə ehtiyatlı, misə nikbin baxış
Deutsche Bank-ın qiymətli və sənaye metalları üzrə baxışı fərqlənir. Ghali gümüş bazarında təklif artıqlığı yarandığını və buna görə gümüşün qızılla müqayisədə daha zəif performans göstərə biləcəyini düşünür.
Mis bazarında isə tam əks mənzərənin formalaşdığı bildirilir. Deutsche Bank-a görə, mis bazarı 1980-ci illərdən bəri ən qıt təklif şəraiti ilə üzləşib. Bu səbəbdən Ghali metallar arasında ən yüksək bahalaşma potensialının məhz misdə olduğunu düşünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
15 d. əvvəl
BDU-da rektor dəyişikliyi – Elçin Babayev vəzifədən azad edildi, Məleykə Abbaszadə təyin olundu
- 30 d. əvvəl
- 38 d. əvvəl
- 45 d. əvvəl
-
47 d. əvvəl
Britaniyanın müdafiə sənayesi nəhəngi BAE Systems 1 070 iş yerini ixtisar etməyi planlaşdırır
-
59 d. əvvəl
“Aqrarkredit” 23 lot üzrə əmlak və 5 şirkət üzrə borc tələb hüquqlarını satışa çıxarır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Səhmlərin ilkin kütləvi təklifində (İPO) yeni rekord - 1 trilyon 500 milyard dollar bazar dəyər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
1 trilyon 300 milyard avroluq bank qrupu yaranır
Britaniyanın müdafiə sənayesi nəhəngi BAE Systems 1 070 iş yerini ixtisar etməyi planlaşdırır
“Aqrarkredit” 23 lot üzrə əmlak və 5 şirkət üzrə borc tələb hüquqlarını satışa çıxarır
Ən çox oxunanlar
Çinin Jetour şirkəti Braziliyada T1 və T2 istehsalına başlayacaq — 68 milyon 600 min dollarlıq əlavə sərmayə
Rəsmi məzənnələr açıqlandı
Səhmlərin ilkin kütləvi təklifində (İPO) yeni rekord - 1 trilyon 500 milyard dollar bazar dəyər
“Claude”un yaradıcısı Anthropic 81 milyard dollarlıq IPO ilə SpaceX-in ilkin rekordunu keçdi
Almaniyada kütləvi ixtisarlar dərinləşir – Şirkətlər 200 mindən çox iş yerini ixtisar etməyi planlaşdırırlar
Hansı karqo şirkəti şikayətlərə daha tez cavab verir? - Karqo şirkətlərinin şikayət göstəriciləri açıqlandı
























