Toyotanın qlobal istehsalı artıb
"Toyota Motor Corp" bazar ertəsi günü qlobal avtomobil istehsalının noyabr ayında 1,5% artaraq 833 min 104 ədədlə yeni rekorda çatdığını bildirib.
Marja xəbər verir ki, ötən ay yerli istehsal (Yaponiyada) 3,3% azalaraq 266 min 174 avtomobilə, xaricdə istehsal isə 3,8% artaraq 566 min 930 avtomobillə rekord həddə çatıb.
Toyota-ya görə, qlobal satış və istehsal, xüsusilə Şimali Amerikada güclü tələbat və COVID-19 ilə əlaqəli fəaliyyətin yavaşlamasının təsirinə məruz qalan hissələrin tədarükünün bərpası nəticəsində noyabr ayında keçən ilki səviyyələri keçib.
Noyabrda avtomobil istehsalçısı yanvar ayında 700 min avtomobil istehsal etməyi gözlədiyini bildirib və mart ayında sona çatan il üçün 9,2 milyon avtomobil istehsal etmək hədəfini təsdiqləyib.
Toyota əvvəllər maliyyə ili üçün 9,7 milyon avtomobil yığacağını gözləyirdi, lakin material xərclərinin artması və yarımkeçiricilərin çatışmazlığı səbəbindən noyabr ayında bu hədəfi aşağı salmağa məcbur olub.
Bununla belə, bu hədəf (9,2 milyon avtomobil istehsalı) keçən ilki istehsaldan (təxminən 8,6 milyon avtomobil) daha yüksəkdir.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
1 saat əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
1 saat əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
-
1 saat əvvəl
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
4 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
























