2022-ci ildə Rusiyada istixana tərəvəzlərinin istehsalı rekord həddə çatıb
Rusiyada 2022-ci ildə istixana tərəvəz məhsullarının istehsalı 2021-ci ilə nisbətən 7% artaraq rekord həddə - 1,5 milyon tona çatıb.
Marja xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Ötən il istixanalarda 1,5 milyon tondan çox tərəvəz yetişdirilib ki, bu da 2021-ci illə müqayisədə 7% çoxdur.
Nazirlikdən verilən məlumata görə, xiyar yığımı 2,5% artaraq 850 min ton, pomidorun yığımı 7% artaraq 620 min tona çatıb.
Bu seqmentdə aparıcı bölgələr Lipetsk, Moskva, Belqorod, Çelyabinsk vilayətləri, Krasnodar və Stavropol diyarları, Mordoviya və Tatarıstan respublikalarıdır.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Rusiyada istixana biznesinin intensiv inkişafına dövlət dəstəyi tədbirləri, xüsusən güzəştli investisiya kreditləri və stimullaşdırıcı subsidiyalar kömək edir. Bundan əlavə, istehlakçıların ilboyu tərəvəzlə təmin edilməsi məsələsinin xüsusilə aktual olduğu Uzaq Şərq regionları üçün istixanaların tikintisi xərclərinin bir hissəsinin kompensasiya edilməsi mexanizmi mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
44 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
48 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 50 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı



























