Azərbaycan iqtisadiyyatında artım ilə bağlı yeni proqnozlar
Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2,8% səviyyəsində proqnozlaşdırır.
DB-nin yanvar ayının “Global Economic Prospects” hesabatına əsasən, bankın qiymətləndirmələrinə görə, 2024-cü ildə Azərbaycanda ÜDM-nin artımı 2,6% təşkil edəcək.
Beləliklə, 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-nin orta illik artım tempi 2,7% səviyyəsində proqnozlaşdırılır.
DB 2022-ci ildə Azərbaycanda ÜDM-in artımnı 4,2% səviyyəsində qiymətləndirir.
“2023-cü ildə Cənubi Qafqaz ölkələrinin ÜDM-in artımı 3,3%, 2022-ci ildə 6,5% artımdan sonra 2024-cü ildə - 3,5% təşkil edəcək. 2023-cü ildə region üzrə artım templərinin azalması 2021-2022-ci illərdə Ermənistanla Azərbaycan arasında sərhəddə mövcud gərginlik və Rusiyaya tədarükün azalması ilə əlaqədardır”, - DB qeyd edir.
Bankda 2023-2024-cü illərdə Ermənistanda ÜDM-in artımını müvafiq olaraq 4,1% və 4,8%, Gürcüstanda – 4% və 5% səviyyəsində proqnozlaşdırırlar.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-nin artımını 3,5%, 2023-cü ildə - 2,7%, 2024-cü ildə - 4,1% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6% təşkil edib.
Qlobal iqtisadi artım kəskin azalacaq
Dünya Bankı (DB) davamlı yüksək inflyasiya səbəbindən 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu kəskin şəkildə aşağı salıb.Bildirilib ki, bu il qlobal ümumidaxili məhsul (ÜDM) 1.7% artacaq. Ötən ilin yayında açıqlanan hesabatda qlobal iqtisadi artım 3% proqnozlaşdırılmışdı.
Dünya Bankı hesab edir ki, qlobal iqtisadi artımın yavaşlaması onun resessiyaya yaxınlaşdığını göstərir. Adambaşına düşən illik qlobal gəlirin azalmasına yüksək inflyasiya, eləcə də bəzi ölkələrdə monetar sərtləşdirmə səbəb olub. İqtisadi inkişaf baxımından üç əsas dünya lideri – ABŞ, Avropa və Çin iqtisadi göstəricilərin kəskin azalması ilə üzləşib və bu, inkişaf etməkdə olan ölkələrin bazarında pisləşməyə səbəb olub.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 5 saat sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























