"Elektron məlumat mübadiləsi yerli və xarici daşıyıcıların işini xeyli asanlaşdıracaq" - MÜSAHİBƏ
tanış ola, onları əldə edə, eləcə də elektron kabinetləri üzərindən əməliyyatlar həyata keçirə bilərlər.Avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sisteminin Əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunub.
İnformasiya sistemi barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla müsahibəni təqdim edir
- “AYNA” informasiya sisteminin Əsasnaməsi təsdiqləndi. Sistem özündə nəyi ehtiva edir?
- Prezident İlham Əliyev “AYNA” informasiya sisteminin Əsasnaməsinin təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, avtomobil nəqliyyatı sahəsinin vahid informasiya sistemi bir sıra xidmətlərin təmassız təqdim edilməsinə, dövlət tənzimlənməsi mexanizmlərinin effektiv tətbiqinə, yarana bilən problemlərin sürətli aradan qaldırılmasına şərait yaradacaq. Bu, digər dövlət qurumları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması nəticəsində təmin olunacaq.
“AYNA” informasiya sistemi sərnişindaşıma və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, bu sektorda innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edir. Eyni zamanda, avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini və məlumatların əlçatanlığını təmin edir, əməliyyatların sürətlənməsinə şərait yaradır.
İnformasiya sistemi kağız daşıyıcılarda təqdim olunan məlumatların rəqəmsallaşdırılması və uçotunun aparılması, məlumat itkisinin qarşısının alınmasına şərait yaradacaq. Həmçinin səmərəliliyin artırılması və sahənin inkişafına töhfə verəcək.
- Sistemin əsas üstünlükləri nədən ibarətdir?
- İnformasiya sisteminin fəaliyyətində operativlik və şəffaflıq prinsipləri əsas tutulur. Onun istifadəsi rahat olacaq, fasiləsizliyi və funksionallığı ilə seçiləcək. Sistemdə toplanan fərdi məlumatlar vasitəsilə daşıyıcılara, sürücülərə, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin sahiblərinə, eləcə də sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçılarına effektiv xidmət göstəriləcək.
“AYNA” informasiya sistemi vasitəsilə agentliyə gəlmədən bir çox xidmətlərdən operativ istifadə etmək mümkün olacaq. Digər dövlət qurumlarından tələb olunan məlumatlar sistem vasitəsilə avtomatik əldə olunacaq ki, bu da daşıyıcıların vaxtına və resurslarına qənaət etməyə, operativliyin təmin edilməsinə imkan verəcək. Beynəlxalq tərəfdaşlarla elektron məlumat mübadiləsinin təmin edilməsi beynəlxalq daşımaları həyata keçirən yerli və xarici daşıyıcıların işini xeyli asanlaşdıracaq. Nəticədə daşımaların həcminin artmasına zəmin yaranacaq.
Sistemdən yalnız biznes subyektləri deyil, həmçinin vətəndaşlar və ölkəmizin qonaqları da yararlanacaqlar. Məsələn, İctimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqi sərnişinlərə bütün növ təmassız bank kartlarından, mobil qurğulardan, smart saatlardan istifadə etməklə ödəniş etmə imkanı verəcək. Bununla da vətəndaşlar və qonaqlar bütün ölkə ərazisində müasir ödəniş vasitələrindən istifadə edə biləcəklər. Bura, həmçinin məsafəyə görə ödəniş, omni-kanal ödəniş və bilet (bütün növ nəqliyyat vasitələrində istifadə) kimi bir sıra mütərəqqi yeniliklərin tətbiqi imkanlarını da əlavə edə bilərik.
Sistem vasitəsilə böyük həcmli məlumat bazasının formalaşması mümkün olacaq. Bu isə öz növbəsində agentliyin idarəetmə fəaliyyətinin səmərəliliyini artırmağa imkan yaradacaq. Toplanmış məlumatların bir hissəsi “Açıq məlumatlar” portalına (https://www.opendata.az/az) ötürüləcək. Bu məlumatlar daşımalar üzrə proqram təminatı hazırlayan şirkət və startaplar üçün olduqca əhəmiyyətlidir. Onlardan istifadə etməklə İT şirkətləri üçün Multimodal daşımalar, MaaS (Mobility as a Service) kimi xidmətlər üzrə proqram təminatlarının hazırlanması və xidmətlərin təqdim edilməsi mümkün olacaq. Bura, həmçinin “Əşyaların interneti/Maşınlararası əlaqə(IoT/M2M)”, “Süni intellekt/Maşın öyrənməsi (AL/ML)” kimi bir çox mütərəqqi texnologiyaların istifadəsi imkanlarını da əlavə edə bilərik.
Fəaliyyətin əlçatanlığını və dayanıqlığını təmin etmək məqsədilə informasiya sisteminin özü və burada toplanan məlumatlar, onların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır. Mobil tətbiqlər sistemdən rahat və əlçatan istifadəni təmin edəcək.
- “AYNA” informasiya sisteminin tətbiqi istiqamətində hansı işlər görülür?
- Bu sahədə işlərin icrasına artıq bir müddətdir ki başlanılıb. Müasir informasiya-kommunikasiya texnologiyaları əsasında informasiya sisteminin infrastrukturu qurulur. Eyni zamanda məlumat bazasının toplanması üzərində əsaslı iş gedir.
“AYNA” informasiya sistemi 20-dək komponentdən – alt sistemlərdən ibarətdir. Bu alt sistemlərdən bəziləri artıq istifadəyə verilib.
Məsələn, ötən ilin fevral ayından “Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidməti istifadəyə verilib. Bu, sərnişin və yükdaşımaları həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına şərait yaradır. Xidmət müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən “Fərqlənmə nişanı”nın verilməsi üçün tələb olunan sənədlərin sayı da minimuma endirilib.
Həmçinin 2022-ci ilin dekabr ayında şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı istifadəyə verilib. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir.
“AYNA” informasiya sisteminin digər modullarının mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur.
Yaxın vaxtlarda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında istifadə edilən “İcazə” blanklarının elektron qaydada verilməsi üçün proqram təminatı hazırlanacaq.
İnformasiya sisteminin “Elektron hökumət” portalına tam inteqrasiyası təmin olunacaq. Sistemin tətbiqi nəticəsində daşıyıcılarla məmurların təması minimuma endiriləcək.
- Sistemdən istifadə qaydaları barədə nə deyə bilərsiniz?
- Dövlət informasiya ehtiyatları və sistemlərinə malik olan dövlət qurumlarının bu sistemdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir. Bu imkanlara malik olmayan orqan və qurumlar, habelə yerli özünüidarəetmə orqanları, hüquqi şəxslər sistemdən elektron kabinetləri vasitəsilə yararlana bilərlər. Bu halda hüquqi və fiziki şəxslər “ASAN Login”dən istifadə edərək sistemin imkanlarından istifadə edəcəklər. Gələcəkdə digər identifikasiya vasitələri ilə də sistemə daxil olmaq mümkün olacaq. İstifadəçilər internet informasiya ehtiyatı vasitəsilə sistemdə olan açıq məlumatlarla tanış ola, onları əldə edə, eləcə də elektron kabinetləri üzərindən əməliyyatlar həyata keçirə bilərlər.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat əvvəl
-
-
12 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
13 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
14 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
15 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib






















