Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yerli velosiped maşın qiymətinədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerli velosiped maşın qiymətinədir

Xəbər verildiyi kimi, iyunun 6-da İsmayıllı Velosiped zavodunun istehsalı olan "İsma bikes" velosipedləri təqdim edilib.  Ölkəmizdə həm velosiped həvəskarlarının sayının və bu sahəyə marağın böyük olmasını, həm yerli istehsal olduğunu, eləcə də oxucularımızın marağını nəzərə olaraq velosiedlərin nümayiş etdirildiyi “Park Bulvar”da olaraq onların özəllikləri və qiymətləri ilə maraqlanıb.

 

Reklam_3_11

“İsma” brendinin nümaynədəsi Qurban Tağıyev bildirib ki, modellərin arasında həm “sport”, həm şəhər daxilində istifadə olunmaq üçün “şosse” , eləcə də qadınlar və uşaqlar üçün velosieedlər var. Onların qiyməti isə 98 manatdan 3656 manatadək dəyişir.

 

Böyüklər üçün velosipedlər

 

Ən sadə model ayaq tormozu ilə işləyən velovipeddir, təkərlərinin ölçüsü 28 santimetr olan modelin qiyməti 198 manatdır. Bu model müştərlərə iki rəngdə - göy-yaşıl və qara-qırmızı stildə təqdim edilir.

 

Həmin modelin nisbətən mürəkkəb, yəni sürət ötürücülü və əl tormozlu variantı isə 275 manatadır.

 

“Sport” modeli isə 734 manatdır. Bunlar digər modellərdən sürət ötürücüsü, tormoz və digər sistemlərinin daha təkmilolması ilə fərqlənir.

 

Şirkətin təqdim etdiyi “Monster” modeli isə sadə tormoz və iki amortizatorlarla təmin olunub, onun qiyməti 519 manat təşkil edir.

 

Böyük qiymətinə olan uşaq velosipedləri

 

“İsma bikes”in uşaqlar üçün modelləri də var, amma onlar hazırda bazarda satılan modellərdən xeyli bahadır. Hərçənd şirkətin nümaynədəsinin sözlərinə görə, eyni səviyyəli brendlərlə müqayisədə, “İsma”nın uşaq modelləri 20-30% daha ucuzdur. Deyəsən bu fərq bütün modellərə aiddir.

 

Beləliklə, uşaqlar üçün iki variantda velosipedlər təqdim olunur - 16-lıq və 20-lik. 16 təkərli varinatlar 98-110 manat arasındadır. 98 manata olanlar qızlar üçündür və qarşısında zənbili də var. Digərləri həm qız, həm də oğlan uşaqları üçün nəzərdə tutulub.

 

20lik velosipedlər daha bahalıdır Belə ki, ən sadə variant 115 manat təşkil edir. Uşaqlar üçün olan “Yaquar” modeli isə 280 manatdır. Onların daha təkmil disk tormoz və amortizator sistemi var. Uşaqlar üçün olan 20-lik təkərli “Qartal” modeli isə 327 manatdır.

 

Uşaqlar üçün 24-lük təkəri olan “Akkord” velosipeedlər isə 278 manatadır, onun nisbətən böyüyü olan 26-lıq «Akkord» modeli 300 manatadır.

 

Daha bir model “Çinar 6.3” velosipedi 357 manatdır. Onların “Akkord”lardan fərqi detallarının daha keyfiyyətli olmasıdır.

 

“Çinar 6.5” modeli isə amortizatorunun blok olunması funksiyasına malikdir və tormozu isə trosla deyil, hidravlika ilə işləyir.

 

Qadınlar üçün "Angel" modelləri

 

Qadınlar üçün olan «Angel» modelləri müştərilərə iki rəng çalarında təqdim olunur və qiyməti 400 manatdır.

 

Qatlanan modellər

 

"İsma"nın qatlanan velosipedləri də var. Təkərinin ölçüsü 24 olan modelin qiyməti 181 manatdır. Maraqlı modellərdən biri "Discovery" adlanır. Qiyməti 362 manat olan velosiped həddən artıq mobil və daşımaq üçün rahatdır – onun demək olar ki, bütün detalları, hətta pedalları da qatlana bilir. Nəticədə o avtomobilin yük yerinə, hətta iri cantaya da sığışır. Velosiped həm sürət ötürücüsü və disk tormozu ilə təmin edilib.

 

Ən bahalı velosiped maşın qiymətinədir

 

“İsma bikes”in ən bahalı modeli “Elektro bike”dir. Bu velosiped həm adi modellər kimi ayaqla, həm də motorla hərəkətə gəirilir. Onların qiyməti 3656 manatdır. Hələlik bu velosipedin istehsalı başlanmayıb, gələn ildən başlanacaq. Sərgidə xaricdən gətirilmiş yeganə nüsxə nümayiş etdiriir.

 

Şirkətin digər bahalı modeli şosse, yəni adi yollarda sürülən  velosipedidir (“Road bike”). Ən sürətli velosipedlərdən biri sayılan “Lazer” modeli bütünlüklə karbon materialındandır. Qiyməti 1986 manatdır.

 

Nisbətən sadə variant, yəni bütov (calaqsız) alüminium gövdəsi, qabaq təkərin «çəngəli» karbondan olan  “Challenger” modeli isə 1 366 manatdır.

 

Ondan nisbətən aşağı variant isə, yəni tamamilə alümünium gövdəli velosiped 1 269 manatdır.

 

Ümumiyyətlə şosse üçün nəzərdə tutulan “Road bike”lərin ən sadə variantı  olan “Miraj 5.1” modeli 1100 manatdır.

 

Hər vilosipedə 1 illik zəmanət verilir

 

Şirkət nümaynədəsi bildirir ki, böyükər üçün ən əlverişli variantlardan biri «Hibrid 8.5» modelidir. Bu velosipedi həm asfalt, həm də kənd yolu, qum və dağ-daşda sürmək olar. Yüngül alüminiumdan hazırlanan, təkərlərinin ölçüsü 28 olan, sürət ötürücüsü 27 olan modelin qiyməti 595 manat təşkil edir.

 

Şirkət nümayəndəsinin sözlərinə görə, hər velosipedə 1 illik zəmanət verilir. Zəmanət velosipedlərin çatlayan və ya sınan hissələrinə aiddir. Bir şərtlə ki, bu qırıqlar velosied aşmadan baş versin. 

 

ISMA BİKES velosipedlərinin yeni modelləri iyulun 12-dək "Park Bulvar"da sərgilənəcək

 

© seyyah.az

 

10.07.2017 07:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ