AvtoVAZ keçmiş Nissan zavodunda ildə 70 minə qədər avtomobil istehsal edə bilər
Rusiyanın iri avtomobil istehsalçısı bildirib ki, bazarda tələb olarsa, "AvtoVAZ" 2025-2027-ci illərdə Sankt-Peterburqdakı keçmiş Nissan zavodunda ildə 50-70 min avtomobil istehsal edə bilər.
"2025-2027-ci illərdə Sankt-Peterburqda yeni "Lada" avtomobillərinin istehsalı bazarda müsbət tendensiya olarsa, ildə 50-70 minə çata bilər", - AvtoVAZ qeyd edib.
Çərşənbə axşamı "AvtoVAZ" şirkəti dövlət qurumundan Nissan aktivlərinin alınması üzrə müqavilə bağlayıb. Şirkət "Nissan Manufacturing Rus" MMC-nin 99% bir avro simvolik qiymətə alıb.
Şirkətin prezidenti Maksim Sokolovun sözlərinə görə, zavodda istehsalı 2023-cü ilin ikinci yarısında bərpa etmək planlaşdırılır. Cari ildə istehsalın həcmi 10 min ədədə qədər ola bilər.
"AvtoVAZ" şirkəti Togliatti və İjevskdə istehsal sahələrinə sahibdir. Ötən il mayın ortalarında Fransanın "Renault" şirkətinin "AvtoVAZ"dakı payı (67,69%) Rusiya Federasiyasının dövlət mülkiyyətinə keçirib. AvtoVAZ-ın yeni rəhbərliyi, demək olar ki, bütün model xəttinin istehsalını 2023-cü ildə bərpa etmək niyyətini açıqlayıb. İndi brend dörd model ailəsindən ibarətdir: Vesta, Largus, Granta və Niva. 2022-ci ildə markanın avtomobillərin satışı 188,6 min avtomobil təşkil edib (2021-ci illə müqayisədə 46% az).
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
1 saat əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
1 saat əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
-
1 saat əvvəl
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
3 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®






















