Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yumşaq polimer qablaşdırma məhsulları istehsal edəcək zavodun tikintisi yekunlaşır - 7 MİLYON SƏRMAYƏ

Yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsində işlərin təqribən 90%-i yekunlaşıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Yumşaq polimer qablaşdırma məhsulları istehsal edəcək zavodun tikintisi yekunlaşır   - 7 MİLYON SƏRMAYƏ

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “AK PACK” MMC-nin yumşaq polimer qablaşdırma məhsullarının istehsalı müəssisəsində son tamamlama işləri görülür.

Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, hazırda müəssisədə avadanlıqların sınaq-sazlama işlərinə başlanılıb, yaxın günlərdə isə xammal və hazır məsul anbarının tikintisinə start veriləcək.

İtaliya və Türkiyə texnologiyalarının tətbiq olunacağı müəssisədə 2 istehsal xətti üzrə 20 çeşiddən çox məhsul istehsal ediləcək.

İnvestisiya dəyəri 7 milyon manatdan çox olan müəssisədə 35 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Orta Asiya, Yaxın Şərq və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur.

Qeyd edək ki, “AK PACK” MMC-yə 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib və müəssisənin 2023-cü ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

qablaşdırma. məhsullar AK PACK
09.02.2023 17:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ