Dövlət Xidməti 185 təşkilatda yoxlamalar aparıb, 225,7 milyon manat artıq və əsassız ödənişlər aşkar edib
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2022-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumatlar açıqlanıb.
Maliyyə Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, 2022-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 185 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 225 milyon 710,4 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub. Həmin məbləğin 35 milyon 142,2 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.
Qeyd edilib ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən iş planlarına əsasən 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5 milyon 81,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 milyon 747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2 milyon 811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Bunlardan əlavə, Xidmət tərəfindən vətəndaş müraciətinə əsasən 4 təşkilatda müraciətdə göstərilənlər yoxlanılıb, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib (Əlavə №1).
Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun və hüquq mühafizə orqanlarının nəzarət tədbirlərinin aparılması barədə daxil olmuş xeyli sayda məktub və qərarlarının icrası ilə əlaqədar olub. Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 110 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 220 milyon 564,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 33 milyon 330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunub və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi, artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı müvafiq sənədlər aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.
Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 123 nəfər vəzifəli şəxsə 91,5 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və regional maliyyə müfəttişlikləri tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
21 d. əvvəl
Dollar bahalaşır, qızıl ucuzlaşır - Qızılın qiyməti 4000 dollara düşdü
- 33 d. əvvəl
-
- 40 d. əvvəl
- 46 d. əvvəl
-
57 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
14 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ucuzlaşmaqda davam edir
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
Ən çox oxunanlar
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!




























