AREA-nın və xarici şirkətlərin nümayəndələri Naxçıvana səfər ediblər
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) rəhbərliyi və "Masdar", "ACWA Power", "Fortescue Future Industries" şirkətlərinin nümayəndələri Naxçıvana səfər ediblər.
AMEA-nın yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində Dövlət Energetika Xidmətinin əməkdaşları ilə görüş keçirilib. Dövlət Xidmətinin ümumi enerji sistemi və bərpa olunan enerji layihələri barədə məlumatı dinlənilib. Muxtar Respublikanın geniş bərpa olunan enerji potensialının olduğu diqqətə çatdırılıb, sənaye miqyaslı yaşıl enerji layihələrinin reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Nümayəndə heyəti Babək rayonunda yerləşən günəş elektrik stansiyasına baş çəkib.
Daha sonra Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə günəş və külək enerjisi ərazilərinin ayrılması ilə bağlı müzakirələr aparılıb. Yaşıl enerji layihələri üçün seçilmiş ərazilərə baxış keçirilib.
Müştərilərin xəbərləri
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
- 16 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədə “Həmişə ucuz” reklamına görə market şəbəkəsi 1 milyon lirədən çox cərimələnib
-
2 saat əvvəl
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək
-
2 saat əvvəl
Fransanın restoran şəbəkəsinin Bakı Ağ Şəhərdə filialı açılacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan neftinin son qiyməti
Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib, sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavodunu vurduqlarını bildiriblər, Tramp İrana yeni zərbələr barədə xəbərdarlıq edib
Ən çox oxunanlar
Türkiyədə “Həmişə ucuz” reklamına görə market şəbəkəsi 1 milyon lirədən çox cərimələnib
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək
Fransanın restoran şəbəkəsinin Bakı Ağ Şəhərdə filialı açılacaq
Rəsmi məzənnələr açıqlandı
ABŞ-da pizzacıların sayı 9 min 600-dən çox azalıb – iri şəbəkələr müştərilərini niyə itirir?
BYD qatlanan sükanlı Ti 9-u satışa çıxarıb – hibrid SUV-nin yürüş ehtiyatı 1630 kilometrə çatır (VİDEO)























