İstefa verəcək, 40 milyon dollar cərimə ödəyəcək
ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla"nın banisi İlon Maskın (Elon Musk), haqqındakı korrupsiya araşdırması çərçivəsində şirkətin idarə heyətinin sədrliyindən istefa verəcəyi, özü və şirkəti adından cəmi 40 milyon dollar cərimə ödəyəcəyi bildirilib.
ABŞ Qiymətli kağızlar və Birjalar Komissiyasından (SEC) verilən məlumata görə, Mask, 45 gün ərzində şirkətin idarə heyəti sədrliyindən istefa verəcək və gələcək 3 il boyunca bu mövqeyə namizəd olmayacaq.
Mask, "Tesla"nın İcraçı direktoru olmağa davam edəcək.
Açıqlamada, Maskın, "ittihamları qəbul, ya da rədd etmədən" özü və şirkəti adına 40 milyon dollar cərimə ödəməyi qəbul etdiyi qeyd edilib.
SEC, cümə günü, Maskın, "Tesla" səhmlərini geri toplamaq və birjadan çıxmaq üçün maliyyə resursu tapdığına dair açıqlamasının "doğru olmadığını və səhv istiqamətverici olduğunu" qeyd edərək cinayət işi açmışdı.
Mask, 13 Avqustda "Twitter" hesabı üzərindən etdiyi açıqlamada, Tesla-nın 1 səhminə 420 dollar təkliflə Nyu-York birjasından çıxmaq planını 2 Avqustda şirkətin idarə heyətilə müzakirə etdiyini bildirmiş və maliyyə məsələsini Səudiyyə Ərəbistanının dövlət fondu ilə danışdığını qeyd etmişdi. Mask, 24 Avqustda isə şirkətin idarə heyəti və səhmdarları ilə keçirdiyi görüşlərin ardından, Tesla-nın birjadan çıxmaq qərarının ləğv edildiyini bildirmişdi.
Maskın ilk açıqlamasından bu günə qədər Tesla-nın səhmləri 20 faiz düşüb, bu dövrdə şirkətin bazar dəyəri də təxminən 12,2 milyard dollar azalıb.
Mask, ABŞ-ın raket istehsalçısı "Spacex" şirkətinə də rəhbərlik edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
1 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
2 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
2 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 2 gün əvvəl
-
2 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
2 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ