Palatada rəhbərlik böhranı Yeni Nizamnamə ilə sona çata bilər
4 Oktyabr 2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərman ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni Nizamnaməsi təsdiq edildi.
“Marja” xəbər verir ki, diqqəti cəlb edən yeni nizamnamə ilə Palatanın idarəetmə orqanlarından Direktorlar Şurasının ləğv edilməsidir. Köhnə Nizamnaməyə görə, Palatanın idarəetmə orqanları Direktorlar Şurası və İdarə Heyəti idi.
Yeni Nizamnaməyə görə Palatanı idarəetmə orqanı İdarə Heyətidir.
İdarə Heyətində Baş icraçı direktor vəzifəsi də ləğv edilib. Bundan sonra Palatada İdarə Heyətinin sədri vəzifəsi olacaqdır.
Yeni Nizamnamədə qeyd edilir ki, Palatanın İdarə Heyəti Palataya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.
İNDİYƏDƏK İKİNCİ MÜAVİN VƏ ÜZVLƏR TƏYİN EDİLMƏMİŞDİ
Köhnə Nizamnamədə isə göstərilirdi ki, İdarə Heyəti - Baş icraçı direktor, onun iki müavini və digər altı nəfər üzvdən ibarətdir. Baş icraçı direktoru Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Baş icraçı direktorun müavinlərini və İdarə Heyətinin digər üzvlərini Baş icraçı direktorun təqdimatı əsasında Direktorlar Şurası vəzifəyə təyin və vəzifədən azad edir.
Qeyd edək ki, indiyədək Paltada Direktorlar Şurası formal fəaliyyət göstərdiyindən (son vaxtlar Direktorlar Şurasının və sədri Rüfət Aslanlının fəaliyyəti müşahidə edilmirdi) icraçı direktorun ikinci müavini və İdarə Heyətinin 6 üzvü təyin edilə bilinməmişdi.Yalnız İbrahim Alışov Baş icraçı direktor, Asim Zülfüqarov isə Baş icraçı direktorun müavini idi.
İKİ ÜZV TƏYİN OLUNANADƏK....
Qeyd etdiyimiz kimi, Yeni Nizamnamədə Baş icraçı direktor vəzifəsi yoxdur. Hazırda İbrahim Alışov İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. Oktyabrın 4-də Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman ilə müəyyən edilib ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin üzvləri təyin olunana qədər ( Yeni Nizamnaməyə uyğun olaraq ) İdarə Heyətinin vəzifələrini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərman qüvvəyə mindiyi günədək formalaşmış İdarə Heyəti həyata keçirir.
Yeni Nizamnamədə qeyd edilir ki, İdarə Heyətinin tərkibi beş nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir. Bu bənd tam aydın deyil. Belə ki, sədr ilə bərabər onun iki müavinini və iki üzvü Prezidentin, yoxsa İdarə Heyətinin sədrinin təyin ediləcəyi dəqiq məlum olmur. Yeni Nizamnamədə İdarə Heyəti sədrinin vəzifələri arasında müavinlərini və üzvləri təyin edəcəyi barədə də bənd yoxdur. Yuxarıda qeyd edildiyi kimi, mövcud rəhbərlik hazırkı vəzifələrini 2 üzv təyin olunana qədər icra edəcəkdir.
Direktorlar Şurasının ləğv edilməsi Palatada İdarə Heyətinin tam formalaşdırmağa imkan verir. İstər Prezident, istərsə də İdarə Heyətinin sədri tərəfindən, iki üzv təyin edildikdən sonra yeni və tam İdarə heyəti formalaşacaqdır.
VƏZİFƏ ÜÇÜN MÜDDƏT MÜƏYYƏN OLUNMAYIB
Köhnə Nizamnaməyə görə, Baş icraçı direktor və İdarə Heyətinin üzvləri 5 il müddətinə vəzifəyə təyin olunurdular. Yeni Nizamnamədə müddət göstərilməyib. Sədr, onun müavinləri və üzvlər vəzifədən azad olunanadək çalışacaqlar.
MÜHÜM QƏRARLARI İDARƏ HEYƏTİ VERƏCƏK
Əvvəlki Nizamnaməyə görə, Palatada, təşkilatlara verilmiş lisenziyanın ləğv edilməsi daxil mühüm qərarlar Direktorlar Şurasının iclaslarında verilə bilinərdi. Qeyd edildiyi ki, Direktorlar Şurası formal olduğundan son vaxtlar mühüm qərarlar verilmirdi. Yeni Nizamnaməyə görə, iclaslar İdarə Heyətinin tərəfindən keçiriləcək və mühüm qərarlar bu iclaslarda veriləcəkdir. Qısası, yeni Nazamnamə ilə Palata daha da aktivləşə bilər.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 20 d. əvvəl
-
1 saat əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
1 saat əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
-
1 saat əvvəl
Qarabağda yeni iri aqropark yaradılır – İlkin 500 min manat ayrıldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
-
2 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 3 il təxirə salınır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
Qarabağda yeni iri aqropark yaradılır – İlkin 500 min manat ayrıldı
Ən çox oxunanlar
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
2027-ci ildə orta aylıq əməkhaqqı 102,80 manat artacaq
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər



























