Azərbaycanda nəhəng avtomobil satışa çıxarılır - QİYMƏTİ
Hyundai şirkətinin Azərbaycandakı nümayəndəsi “Auto Azərbaycan” şirkəti markanın nəhəngi olan Palisade modelinin satışına başlayır.
Şirkətdən “Marja”ya verilən məlumata görə, Palisade avtomobilləri Azərbaycanda bir neçə gündən sonra satışda olacaqdır.
Artıq “Auto Azərbaycan” şirkətinin rəsmi İnternet səhifəsində modelin başlanğıc qiyməti qeyd edilib. Belə ki, Azərbaycanda Hyundai Palisade modeli 101 min 800 manatdan başlayan qiymətlərlə təklif olunacaq.
Modelin Azərbaycan bazarında 295 at gücündə "3.8 GDi Benzin Mühərrik", 277 at gücündə "3.5 MPi Benzin Mühərriki" və 200 at gücündə "2.2 TCi Dizel Mühərrik" versiyları alıcılara təklif olunacaqdır.
Avtomobil 8 pilləli avtomatik sürətlər qutusu ilə təchiz olunur və HTRAC Tam Ötürücülü İdarəetmə sisteminə malikdir.
Los-Angeles avtomobil sərgisində təqdim edilən Hyundai Palisade modeli üçün bir Amerikan maşını da demək olar. Buna səbəb avtomobilin şərq istehsalçılarının üslubundan tamamilə fərqlənməsidir. Avtomobilin sadəcə radiator barmaqlıqlarının ölçüsü və əzəmətli dizaynı GMC və Lincorn kimi modellərə meydan oxuduğunu göstərir. Avtomobil ön və yan tərəflərdən brendin flaqmanı olan Santa Fe-ni xatırlatsa da arxa hissədən bənzərsiz dizaynla təmin edilmişdir.
Palisade böyük avtomobildən daha çox bütün kompfortları özündə birləşdirən gəmini xatırladır. Bu model istehsalı dayandırlmış Hyundai ix55 (Hyundai Veracruz) modelini SUV bazarında əvəz edəcək.
Ətrafl məlumat: http://hyundai.az/palisade/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















