Prezident bir sıra rayonları araşdırmağı tapşırdı - ÖLÇÜ GÖTÜRÜLƏCƏK
“Taxılçılıqla bağlı məsələlər daim gündəlikdədir. Mənim göstərişimlə Prezident Administrasiyasında xüsusi müşavirə keçirilmişdir, məsələlər təhlil edilmişdir. Biz gərək bu sahədə daha da yaxşı nəticələr əldə edək ki, idxaldan asılılığı azaldaq və məhsuldarlığı artıraq”.
“Marja” xəbər verir ki, bunu bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Məhsuldarlıqla bağlı mən bəzi rəqəmləri səsləndirmək istəyirəm, həm bunlar təhlil edilsin, həm də ictimaiyyət də bilsin ki, vəziyyət necədir. Buğda ilə bağlı deməliyəm ki, hələ biçin aparılır. Amma bu günə orta məhsuldarlıq 28,8 sentnerdir. Prinsipcə bu rəqəm o qədər də aşağı rəqəm deyil, amma bundan da çox ola bilər. Çünki indi rayonlar üzrə səsləndirəcəyim rəqəmlər göstərir ki, daha da böyük məhsuldarlıq mümkündür. Ən böyük məhsuldarlıq aşağıdakı rayonlardadır: Saatlı rayonu 42 sentner, Ağcabədi 38 sentner, Sabirabad 40 sentner, Beyləqan 33 sentner, Bərdə 40 sentner, Ağdam 39 sentner, Hacıqabul 32 sentner, Qax 31 sentner, Xaçmaz 32 sentner, Yevlax 38 sentner, Tərtər 38 sentner, Şəmkir 33 sentner, İsmayıllı 40 sentner, Qəbələ 32 sentner, Cəbrayıl 32 sentner, Gəncə 32 sentner. Bunlar yaxşı rəqəmlərdir və bu, deməyə əsas verir ki, biz daha da böyük məhsuldarlıq əldə edə bilərik. Amma bəzi suallar da var”, İlham Əliyev deyib.
Prezident aşağı məhsuldarlığı olan rayonların adlarını çəkib:
“İndi mən aşağı məhsuldarlığı olan rayonların adlarını çəkəcəyəm və bu məsələ sonra təhlil edilməlidir. Bir-birinin yanında yerləşən rayonlarda məhsuldarlıq fərqi bizi düşünməyə vadar edir, o da araşdırılmalıdır. Məsələn, Kürdəmir rayonunda məhsuldarlıq 21 sentnerdir. Ancaq qonşu rayonlarda - Saatlıda 42 sentner, Sabirabadda isə 40 sentnerdir. Bəs nə üçün bu qədər fərq var?! Eyni zona, eyni iqlim, eyni şərait, suvarma işlərinə gəldikdə təxminən eyni layihələr icra edilir. Mən hələ ki, buna qiymət vermək istəmirəm. Ancaq tapşırıram ki, bu, araşdırılsın və mənə məlumat verilsin ki, bunun səbəbi nədir. Qax rayonunda məhsuldarlıq təqribən 32 sentnerdir, Şəkidə isə 22 sentner. Nə üçün? Özü də Şəki əkin sahələrinə görə Cəlilabaddan sonra ikinci yerdədir, 47 min hektar əkin sahəsi var, məhsuldarlıq isə 22 sentnerdir. Qonşu Qax rayonunda isə 32 sentnerdir. Səbəb nədir? Araşdırılmalıdır, məruzə edilməlidir və ölçü götürülməlidir.
Mən aşağı məhsuldarlığı olan rayonların da adlarını çəkmək istəyirəm. Ona görə ki, baxmaq lazımdır, orada gələcəkdə də bu səviyyədə əkin sahələri buğda üçün nəzərdə tutulsun, yoxsa, başqa sahəyə üstünlük verilsin. Dediyim kimi, Kürdəmir 21 sentner, Masallı 22 sentner, Ucar 23 sentner, Şamaxı 17 sentner. Özü də Şamaxıda 14 min hektar torpaq sahəsi var və əlbəttə, biz bu məhsuldarlığın nə qədər məqsədəmüvafiq olmasına baxmalıyıq. Qobustan 19 sentner, Şabran 21 sentner, Siyəzən 23 sentner, Xızı 19 sentner, Yardımlı 18 sentner və sairə. Ona görə buna çox ciddi baxmaq və ciddi təhlil aparmaq lazımdır”.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat sonra
-
-
6 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
7 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















