Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®

“Holcim Azərbaycan” tikinti xərclərini azaldan və prosesi sürətləndirən YENİ MƏHSULLAR təqdim edir. 120 kvadratmetrlik evin divarları cəmi 6 həftəyə hörülə bilər.
AzVak-mobil_resmin_ustu_31
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

“BakuBuild” sərgisində Holcim Azərbaycan həm iri kommersiya layihələri, həm də fərdi ev sahibləri üçün nəzərdə tutulmuş innovativ ekoloji tikinti məhsullarını və kompleks həllərini təqdim edir. Bu dayanıqlı həllərə ECOPlanet və ECOPact brendləri altında təqdim olunan aşağı CO₂ (karbon tullantıları) emissiyalı sement və beton məhsulları daxildir. ECOPlanet sementi və ECOPact betonu standart möhkəmlik və istismar xüsusiyyətlərini qorumaqla CO₂ emissiyalarını 30%-dək azaldır.

Reklam_3_11

Bundan əlavə, Holcim Azərbaycan müstəqil şəkildə yoxlanılmış Məhsulun Ekoloji Bəyannaməsi (EPD) əldə edən ilk yerli tikinti materialları istehsalçısıdır. Holcim Azərbaycanın Kommersiya direktoru Namiq Tapdıqov bu barədə belə deyib: "Bu günədək bu bəyannamə   ilə təsdiqlənmiş ekoloji göstəricilərə malik 50 000 tondan çox sement və 7 000 kubmetr beton tədarük etmişik.  tÜmumiyyətlə əklif etdiyimiz məhsul və həllər tikintinin bünövrədən dam örtüyünə qədər bütün tikinti mərhələləri əhatə edir”

Betonun xüsusiyyətlərini və keyfiyyətini optimallaşdırmaq məqsədilə Holcim sement istehsalında və iri tikinti layihələrində istifadə olunan CORSO kimyəvi əlavələrini də nümayiş etdirir. CORSO betonun keyfiyyətini yaxşılaşdırır, istehsal prosesində təbii resurslara qənaət etməyə kömək edir və ətraf mühitə müsbət təsir göstərməklə ümumi əməliyyat səmərəliliyini artırır.

Məhsul çeşidini daha da genişləndirən Holcim kiçik həcmli ev təmiri işlərindən tutmuş iri kommersiya tikinti layihələrinədək müxtəlif tətbiqlər üçün nəzərdə tutulmuş yeni TONE boya seriyasını təqdim edir. Sərgidə, həmçinin təbii əhəngdaşı və sementdən hazırlanan ekoloji GEOBRICK kərpici nümayiş olunur. Xarici suvağa olan ehtiyacı əhəmiyyətli dərəcədə azaldan hamar səthi ilə seçilən GEOBRICK tikinti müddətini xeyli qısaldır və divarlara səliqəli görünüş verir. Bu məhsul 120 kvadratmetrlik evin divarlarının cəmi altı həftə ərzində hörülməsinə imkan yaradır.

Divar hörgüsü üçün məhsul çeşidini genişləndirən Holcim, həmçinin sement əsaslı yeni divar hörgü məhsulu — KARON hörgü bloklarını təqdim edir. Ənənəvi əhəngdaşına səmərəli və yüksək texnologiyalı alternativ kimi hazırlanmış KARON dəqiq standart ölçüləri və 15-16 kq çəkisi ilə ənənəvi əhəngdaşından 30%-ə qədər daha yüngüldür . Fərqli ölçüdə olan və ağır əhəngdaşını əvəz edən KARON, hörgü zamanı artıq məhlul istifadəsini azaltmaqla sement sərfiyyatını optimallaşdırır, divar hörgüsü işlərini sürətləndirir və tikintinin ümumi səmərəliliyini artırır.

Holcim Azərbaycan tikinti şirkətlərini tikinti layihələrinin bütün mərhələlərində fəal əməkdaşlığa dəvət edir. Bazar iştirakçılarının səylərinin birləşdirilməsi ölkə üzrə müasir, dayanıqlı və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan tikinti ekosisteminin formalaşmasına töhfə verəcək.

Holcim Azərbaycan Holcim Azerbaijan BakuBuild 2026 tikinti materialları yeni tikinti materialları ekoloji sement ECOPlanet sement ECOPact beton GEOBRICK kərpic KARON hörgü blokları TONE boya CORSO kimyəvi əlavələr Namiq Tapdıqov sement istehsalı beton istehsalı karbon emissiyası dayanıqlı tikinti Azərbaycanda tikinti sektoru ev tikintisi tikinti xərcləri tikinti texnologiyaları
16.10.2026 14:49
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19