ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
ABŞ-da inflyasiya yenidən sürətlənib – Faizlər daha da artırıla bilər. Fed inflyasiyanı cilovlaya bilmir – 2027-ci ildə yeni faiz artımları gözlənilirABŞ-da inflyasiya oktyabr ayında Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) hədəfindən daha da uzaqlaşıb. Bu, dekabr ayında növbəti faiz artımı ilə bağlı gözləntiləri gücləndirməklə yanaşı, 2027-ci ildə ABŞ Mərkəzi Bankının pul siyasətini nə dərəcədə sərtləşdirməli olacağına dair suallar yaradıb.
Marja.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumata görə, FED-in inflyasiyanı qiymətləndirmək üçün üstünlük verdiyi şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi oktyabr ayında illik ifadədə 3,8 faiz artıb. Göstərici “Dow Jones”un sorğusunda iştirak edən iqtisadçıların proqnozuna uyğun gəlib və FED-in 2 faizlik inflyasiya hədəfindən təxminən iki dəfə yüksək olub. İnflyasiya sentyabr ayı ilə müqayisədə 0,1 faiz bəndi sürətlənib.
Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan baza PCE inflyasiyası isə 3,3 faiz təşkil edib. Bu göstərici proqnozdan 0,1 faiz bəndi yüksək olub.
Fed rəsmi olaraq ümumi PCE göstəricisini əsas götürsə də, pul siyasətini müəyyən edən rəsmilər baza inflyasiyasını uzunmüddətli qiymət tendensiyalarının daha etibarlı göstəricisi hesab edirlər.
FED-in əsas inflyasiya göstəricisi kimi üstünlük verdiyi, ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan baza şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi aylıq ifadədə 0,3 faiz artıb. Gözlənti də 0,3 faiz artım istiqamətində idi.
İllik ifadədə baza PCE indeksi 3,3 faiz yüksəlib. Bu, 2023-cü ildən bəri qeydə alınan ən yüksək göstərici olub. İqtisadçılar 3,2 faiz artım proqnozlaşdırırdılar. Əvvəlki ayda baza PCE indeksi illik ifadədə 3,1 faiz artmışdı.
Bu göstəricilər Fed rəsmilərinin gələn ay faiz dərəcəsini artırmaq planlarını dəstəkləyir.
ABŞ iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyüb
ABŞ Ticarət Nazirliyinin açıqladığı digər hesabat ölkə iqtisadiyyatının üçüncü rübdə daha güclü artım nümayiş etdirdiyini göstərib. Yenilənmiş qiymətləndirməyə əsasən, ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) üçüncü rübdə illikləşdirilmiş ifadədə 4,3 faiz artıb.
İqtisadiyyatın yüksək artım tempi Fed-in mövcud pul siyasətinin iqtisadi fəallığı kifayət qədər məhdudlaşdırmadığına dair fikirləri gücləndirib.
2027-ci ildə daha iki faiz artımı gözlənilir
İnflyasiya göstəricilərinin açıqlanmasından sonra ABŞ fond indeksləri üzrə fyuçerslərin ucuzlaşması sürətlənib, dövlət istiqrazlarının gəlirliliyi isə kəskin aşağı düşüb.
Baza inflyasiyasının proqnozdan yüksək olmasına baxmayaraq, bazar iştirakçılarının 2027-ci ildə faiz artımları ilə bağlı gözləntiləri müəyyən qədər zəifləyib.
CME Group-un “FedWatch” alətinin məlumatlarına görə, investorlar 2027-ci ildə daha iki faiz artımını qiymətlərə daxil etməkdə davam edirlər. Bununla belə, üçüncü faiz artımı ehtimalı çərşənbə axşamı qeydə alınan 50 faizdən təxminən 33 faizə düşüb.
“Fwdbonds” şirkətinin baş iqtisadçısı Kris Rupkey bildirib ki, inflyasiya həddindən artıq yüksəkdir və iqtisadi tələb də yüksək səviyyədə qaldığı müddətdə inflyasiyanı nəzarət altına almaq mümkün olmayacaq.
Hazırda bazarlar Fed-in dekabrın 8-9-da keçiriləcək iclasında faiz dərəcəsini 25 baza bəndi artıracağını tam olaraq qiymətlərə daxil ediblər. Bununla belə, inflyasiyanın 2 faizlik hədəfə qaytarılması üçün faizlərin daha nə qədər artırılmasının lazım gələcəyi qeyri-müəyyən olaraq qalır. ABŞ-da inflyasiya təxminən 5 il yarımdır ki, hədəfdən yüksəkdir.
Gömrük rüsumları və enerji qiymətləri inflyasiyanı sürətləndirir
Əvvəllər tədricən zəifləyən inflyasiya fevralın sonunda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra yenidən sürətlənib. Gömrük rüsumları, eləcə də süni intellekt infrastrukturunun genişləndirilməsi ilə əlaqədar yaranan güclü tələb də qiymətlər üzərində təzyiqi artırır.
Ağ Ev çərşənbə günü Çin, Avropa İttifaqı və Yaponiya da daxil olmaqla 14 ticarət tərəfdaşına qarşı yeni gömrük rüsumlarının tətbiqini elan edib.
Pul siyasətini müəyyən edən rəsmilər, adətən, gömrük rüsumları və təklif şokları kimi amillərin inflyasiyaya təsirini müvəqqəti hesab edirlər. Lakin bəzi rəsmilər bu təsirlərin iqtisadiyyatın digər sahələrinə yayılmağa başladığından və uzunmüddətli xarakter ala biləcəyindən narahatdırlar.
“Navy Federal Credit Union”un baş iqtisadçısı Hizer Lonq bildirib ki, ABŞ-ın inflyasiya problemi enerji şokundan daha geniş miqyaslıdır.
Əmək bazarı da güclü olaraq qalır
Üçüncü rüb üzrə ÜDM artımı göstəricisinin əhəmiyyətli dərəcədə yüksəldilməsi investisiyalar, istehlak və dövlət xərcləri üzrə məlumatların yenidən qiymətləndirilməsi ilə əlaqədardır.
ABŞ-da ümumi iqtisadi fəallığın təxminən üçdə ikisini təşkil edən istehlak xərcləri üçüncü rübdə 4,2 faiz artıb.
Fed rəsmilərinin daxili tələbin əsas göstəricilərindən biri hesab etdiyi özəl daxili alıcılara real yekun satışlar isə 5,8 faiz artıb. Göstərici əvvəlki qiymətləndirmə ilə müqayisədə 0,9 faiz bəndi yüksəldilib.
ABŞ Əmək Nazirliyinin açıqladığı məlumata görə, noyabrın 21-də başa çatan həftədə işsizlik müavinəti almaq üçün ilkin müraciətlərin sayı əvvəlki həftə ilə müqayisədə 13 min azalaraq 189 minə düşüb. Bununla da göstərici 1960-cı illərin sonlarından bəri qeydə alınan ən aşağı səviyyələrə yaxınlaşıb. “Wall Street” analitikləri müraciətlərin sayının 200 min təşkil edəcəyini proqnozlaşdırırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
6 d. əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
21 d. əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
45 d. əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)










