Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur

Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir. Binəqədidə 31, Sumqayıtda 31, Sarayda 28 mənzil. 1, 2 və 3 otaqlı təmirli mənzillər – aylıq ödənişlər 445 manatdan başlayır. Dekabrın 1-də “Mygov”da 90 mənzil seçimə açılır
AzVak-mobil_resmin_ustu_31
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
iç səhifə xəbər şəkil altı (mobil)_32

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 31 mənzil, Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 31 mənzil və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 28 mənzil olmaqla, ümumilikdə 90 ədəd yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 445 manatdan başlayır.

Yeni mənzillər 01 dekabr 2026-cı il tarixində, saat 15:00-dan etibarən seçimə təqdim olunacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiq edə biləcəklər. Vətəndaşlar “SİMA İmza”nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərlər.

Eyni zamanda bildiririk ki, hər kəs üçün bərabər seçim imkanının yaradılması məqsədilə imtinalardan formalaşan yaşayış sahələrinin seçimə təqdim edilməsi hər iş günü saat 11:00-dan etibarən elektron sistem tərəfindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi  mexanizmi barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (mcgf.gov.az), “YouTube” kanalından (youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

satmaq öhdəliyi ilə kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondu 90 mənzil aylıq 445 manatdan kirayə mənzillər 1 dekabr 2026 saat 15:00 mənzil seçimi Binəqədi Cəfər Xəndan küçəsi kirayə mənzillər Sumqayıt Sülh prospekti kirayə mənzillər Saray Məhəmməd Əsədov küçəsi kirayə mənzillər 1 2 və 3 otaqlı tam təmirli mənzillər Mygov kirayə mənzil seçimi Elektron ipoteka və kredit zəmanət sistemi SİMA İmza ilə kirayə mənzilə müraciət
24.11.2026 16:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19