970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib

“Baku Steel Company” İtaliyada boru satışını artırmaq üçün iki şirkətlə niyyət sazişi imzalayıb. “Azərboru”nun məhsulları üçün hədəf İtaliya bazarıdır – Sumqayıt istehsalı tikişsiz polad borular İtaliya distribütorlarına təqdim ediləcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Baku Steel Company” QSC (bundan sonra – BSC) Bakıda keçirilən Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib.

Tədbirin işgüzar proqramına plenar iclas, tematik sessiyalar və biznes dairələrinin nümayəndələri arasında görüşlər daxil olub. Forumda iki ölkə arasında metallurgiya, energetika və infrastruktur sahələrində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib. BSC-nin Baş direktorunun müavini Sultan Əskərov qabaqcıl istehsal texnologiyaları və sənayenin rəqəmsal transformasiyasına həsr olunmuş panel sessiyasında çıxış edərək şirkətdə avtomatlaşdırma, süni intellekt və rəqəmsal həllərin istehsal səmərəliliyinin artırılması və yüksək əlavə dəyərli məhsulların inkişafında tətbiqindən danışıb.

Tədbir çərçivəsində BSC İtaliyanın “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” şirkətləri ilə niyyət sazişi bağlayıb. Sənədi BSC adından Baş direktor Kamal İbrahimov, italiyalı tərəfdaşlar adından isə İtaliya–Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti Manuela Traldi imzalayıb.

Razılaşma BSC-nin tikişsiz polad borularının İtaliya bazarında təşviqi və satışının genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur. Tərəfdaş şirkətlər məhsulların yerli distribütorlara və son istehlakçılara təqdim edilməsinə dəstək göstərəcəklər.

ŞİRKƏT HAQQINDA

“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Şirkət tikinti, infrastruktur layihələri və sənaye üçün polad məhsulları istehsal edir. BSC-nin tikişsiz polad boruları Sumqayıtda yerləşən “Azərboru” İstehsalat sahəsində hazırlanır.

24.11.2026 15:58
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19