İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Vüsal Məsiyev və icraçı direktorun müavini Seymur Mirzəyev Koreya Respublikasının Seul şəhərində keçirilən Beynəlxalq Sığorta Zəmanət Fondları Forumunun (IFIGS) XIII Beynəlxalq Konfransında və İllik Ümumi Yığıncağında iştirak ediblər.
Koreya Əmanətlərin Sığortalanması Korporasiyasının (KDIC) ev sahibliyi etdiyi tədbirə müxtəlif ölkələrdən sığorta zəmanəti və sığortalıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, həmçinin maliyyə və sığorta sektorunun ekspertləri qatılıblar.
Tədbir çərçivəsində İcbari Sığorta Bürosu IFIGS-in yeni üzvü kimi təqdim olunub. Büronun icraçı direktoru Vüsal Məsiyev çıxışında Azərbaycanın icbari sığorta sistemi, bu sahədə həyata keçirilən institusional islahatlar və rəqəmsallaşma təşəbbüsləri, eləcə də sığorta təminatı mexanizmlərinin təkmilləşdirilməsi üzrə ölkəmizin təcrübəsi barədə məlumat verib.
Konfransda mürəkkəb risklərin idarə olunması, böhranlara cavab tədbirlərinin gücləndirilməsi və sığortalıların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib. İştirakçılar, həmçinin sığortaçıların maliyyə dayanıqlılığı və bu sahədə beynəlxalq təcrübənin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
IFIGS-ə üzvlük Büroya müxtəlif ölkələrin sığorta zəmanət mexanizmlərini öyrənmək, beynəlxalq ekspert müzakirələrində iştirak etmək və digər üzv qurumlarla birbaşa əməkdaşlığı genişləndirmək imkanı yaradır. Bu əməkdaşlıq çərçivəsində sığortalıların və zərərçəkmiş üçüncü şəxslərin hüquqlarının müdafiəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi də nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
16 d. əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 46 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti son bir ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
-
2 saat əvvəl
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
1,1 milyon insanın pensiyası artırılacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)











