Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hərracda 100 milyon dollara yaxın satış - TƏLƏBİN YÜKSƏK OLMASININ SƏBƏBİ AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hərracda 100 milyon dollara yaxın satış - TƏLƏBİN YÜKSƏK OLMASININ SƏBƏBİ AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

28 mart 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Marja Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 96,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Mərkəzi Bank qeyd edib ki, hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.

16 mart 2023-cü il tarixində Mərkəzi Bankda keçirilmiş valyuta hərracında tələb 47,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 22 valyuta hərracında banklara cəmi 882,2 milyon dollar satılıb. 

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.

28.03.2023 11:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ