Kənd təsərrüfatı naziri Ali Məhkəmənin hakimi təyin edildi
Ali Məhkəməyə yeni hakim təyin edildi.
Milli Məclisin bu gün keçirilən iclasında “İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnam İmdad oğlu Kərimov İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.
Kənd Təsərrüfatı Nazirliyinin saytında inam Kərimov haqqında aşağıdakı məlumatlar verilib:
1977: 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub.
1984-1994: Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb.
1994-1995: ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib.
1995: Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.
1998-2000: Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr
2000-2002: Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.
2013: Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.
2004-2012: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifələrində çalışıb.
2005-2012: Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.
2005-2012: Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.
2012: Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.
2018: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı naziri təyin olunub.
İngilis, fransız, fars və rus dillərini bilir.
Evlidir, iki övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)





