Azərbaycanda təxribatlar ilə məşğul olan ölkənin bankının Bakıda qazancı artıb
Bank Melli İran Bakı filialı 2023-cü ilin 1-ci yarısını 621 min 285 manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 268 min 800 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bank Melli İran Bakı filialının xalis mənfəəti 2,3 dəfə artıb.
Marja xəbər verir ki, 2022-ci ilin ilk 3 ayı ərzində (yanvar-mart) Filialın faiz gəlirləri 913 min 64 manat ikən, 2023-cü ilin ilk 3 ayında 797 min 853 manata düşüb. Bankın haqq və komissiya gəlirləri isə 29 min 725 manatdan 30 min 731 manata yüksəlib.
Əgər Bank Melli İran Bakı filialı 2022-ci ilin 1-ci rübündə aktivlər üzrə ehtiyatların yaradılmasına 106 min 697 manat ayırmışdısa, 2023-cü ilin 1-ci rübündə ehtiyatdan azad olmuş 140 min 261 manat gəlirlə əlavə edilib. Bu əlavə, həmçinin, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirlər, xarici valyuta əməliyyatları üzrə gəlirlər və faiz xərclərinin azalması Bank Melli İran Bakı filialının xalis mənfəətinin artmasını təmin ediblər.
2022-ci ilin yanvar-mart dövründə Bank Melli İran Bakı filialının xarici valyuta əməliyyatları üzrə gəlirləri 39 min 840 manat ikən, 2023-cü ilin ilk rübündə 113 min 655 manat təşkil edib (2,9 dəfə artıb).
Bank Melli İran Bakı filialının kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonunda 9 milyon 467 min manat ikən, 31 mart 2023-cü il tarixinədək 8 milyon 448 min manatadək geriləyib. Ötən ilin Mart ayının sonunda Bankın kredit portfelinin məbləği 9 milyon 339 min manat olmuşdu.
Bank Melli İran Bakı Filialı 1993-cü ildə Azərbaycan Respublikasında qeydiyyatdan keçmişdir. “Bank Melli İran”ın 100%-i olmaqla səhmdarı İran İslam Respublikasıdır.
İran son zamanlar Azərbaycana münasibətdə təxribat xarakterli fəaliyyətlər ilə məşğuldur. Azərbaycanda törədilmiş bir neçə cinayət hadisəsinin bu dövlətin sifariş ilə təşkil edildiyi müəyyən olunub. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.
2022-Cİ İLDƏ BAKIDA 1,8 MİLYON MANAT QAZANIB
Bank Melli İran Bakı filialı 2022-ci ili 1 milyon 768 min manat xalis mənfəət ilə başa vurub. Marja.az xəbər verir ki, bu, filialın 31 dekabr 2022-ci il tarixində bitən il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarından məlum olur.
Bank Melli İran Bakı filialı 2021-ci ili 1 milyon 24 min manat xalis zərər ilə bağlamışdı. Xalis zərər Bankın ehtiyata atyırma etməsi ilə əlaqədar idi.
Bank Melli İran Bakı filialının ötən ilki xalis mənfəəti il ərzində dəyərsizləşmə zərərləri üzrə ehtiyat ayrımalarının olmaması ilə əlaqədardır. 2022-ci ildə ehtiyatdan azad olmuş 803 min manat gəlirə əlavə edilirb. Halbuki, filial 2021-ci ildə 2 milyon 541 min manat ehtiyata ayırmışdı.
Bank Melli İran Bakı filialının faiz gəlirləri 2021-ci ildə 3 milyon 342 min manat ikən, 2022-ci ildə 3 milyon 367 min manat olub. Həmçinin, Bank ötən il 176 min manat haqq və komissiya gəlirləri əldə edib (2021-ci ildə 184 min manat).
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
5 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
4 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
4 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb






















