Azərbaycanda fintek startapların qlobal yarışmaya ərizələrinin qəbulu başladı
Açıq innovasiyaların qlobal yarışması olan Visa Everywhere Initiative 2023 (VEI) müsabiqəsində iştirak üçün Azərbaycandan da ərizələrin qəbuluna başlanıb.
"Visa Azərbaycan"ın yaydığı məlumatda bildirilir ki, bu müsabiqədə iştirak edən startapçılar ödəmələr və ticarət sahəsində gələcəyin çağırışlarını çözmək üçün ən qabaqcıl məhsullarını təqdim edirlər. Ərizələrin qəbulu saytda mayın 14-dək davam edəcək.
Pul mükafatlarından savayı VEI qalibləri Visa-nın bankçılıq, ticarət, vençur və dövlət sektorlarında geniş tərəfdaşlar şəbəkəsinə çıxış əldə edirlər. Qaliblər həmçinin ən etibarlı və dəyərli qlobal brendlərdən biri tərəfindən tanınır.
Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (ingiliscə ixtisarı CEMEA) regionunda seçmə müsabiqəsinin finalı 27 iyulda TechCrunch platformasında (texnoloji sektor və startap ekosistemi üzrə ixtisaslaşan aparıcı onlayn dərgi) canlı yayımlanacaq. Regional müsabiqənin qalibi ABŞ-ın San-Fransisko şəhərində TechCrunch Disrupt konfransı çərçivəsində keçiriləcək qlobal finalda iştirak etmək haqqı qazanacaq.
Bu il CEMEA regional müsabiqədə ilk dəfə Fintechs Innovating in Risk Excellence (“Finteklərin risk mükəmməlliyində innovasiyaları”) və ya qısaca FIIRE adlı yeni mükafat təqdim olunacaq. Visa-nın Emirates NBD bankı ilə keçirtdiyi bu xüsusi nominasiyada dələduzluqla mübarizə, kibertəhlükəsizlik və kredit risklərinin idarə edilməsi ilə məşğul olan startaplar yarışacaqlar. Visa və Emirates NBD tərəfindən birgə qiymətləndirmədən sonra qalib layihə təyin olunacaq. Qalib 25 000 ABŞ dolları mükafat, eləcə də regionun aparıcı banklarından biri olan Emirates NBD ilə işbirliyi qurmaq fürsətini əldə edəcək.
“Visa Everywhere Initiative müsabiqəsi fintek şirkətlərinə və sahibkarlara ödəmələr və ticarət sahəsində ən innovativ və effektiv həlləri nümayiş etdirməyə imkan verən platformadır”, - deyə Visa-nın baş direktoru, Azərbaycan üzrə meneceri Nurlan Hacıyev bildirib. – Finteklər nəhəng potensiala malikdirlər: yüksək texnologiyalı yeniliklər sayəsində onlar fəaliyyət göstərdikləri bazarlara, xüsusən də ənənəvi olaraq maliyyə xidmətləri ilə yetərincə əhatə olunmayan insanlara böyük sosial faydalar gətirə bilərlər. Visa-da biz hesab edirik ki, rəqəmsal iqtisadiyyata əlçatanlıq ədalətli və inklyuziv inkişafa təkan verir, və VEI müsabiqəsi bu yolda liderlik edən novatorları dəstəkləmək üçün mühüm vasitədir.”
VEI proqramına 2015 ildə start verildiyindən etibarən, dünyanın 100-dən çox ölkəsindən olan şirkətlər 16 milyard ABŞ dollarından artıq maliyyə resursları əldə ediblər. Bundan başqa, bütün dünyanı əhatə edən 12 000 startapdan ibarət bir camiə yaradılıb. Dünyanın beş regionundan 4 000 startapların iştirak etdiyi ötən ilki müsabiqənin mükafat fondu 530 000 ABŞ dollarından artıq idi. VEI 2022-nin böyük qalibi olmuş Nigeriyanın ThriveAgric şirkəti 100 000 dollar məbləğində VEI Global mükafatı, eləcə də 20 000 dollarlıq Visa Direct xüsusi mükafatı aldı.
VEI iddialı, innovativ sahibkarlar axtarır. Məqsəd yerli icmaların imkanlarını genişləndirərək istənilən miqyasda və sektorda fəaliyyət göstərən bizneslərə ödəmələr və ticarət sahəsində həllər təqdim etməkdir.
2023 ildə regional mükafatlar
VEI CEMEA Regionals – birinci yer: 20 000 ABŞ dolları
VEI CEMEA Regionals – tamaşaçı rəğbəti mükafatı: 10 000 ABŞ dolları
VEI CEMEA Regionals – risklərin idarə edilməsi sahəsində xüsusi nominasiyanın qalibi: 25 000 ABŞ dolları
Qlobal finalın təltifləri və pul mükafatları
VEI Global – mütləq qalib: 50 000 ABŞ dolları
VEI Global – tamaşaçı rəğbəti mükafatı: 10 000 ABŞ dolları
VEI Global – Visa Direct: 10 000 ABŞ dolları
Bundan əlavə, 5 finalçının hamısı öz şirkətlərini TechCrunch Disrupt konfransında Expo Hall firma pavilyonunda təqdim edə biləcək.
Mütləq qalib və Visa Direct nominasiyasında qalib həmçinin tamaşaçı rəğbəti mükafatına iddia edə bilərlər.
Azərbaycanda müsabiqədə iştirak ərizələrinin verilməsi üçün son müddət 14 maydır.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
23 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
23 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
1 gün əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®























