"Doqquz ay qulluq edir, 20 gün məhsul toplayırıq. Gəlirli sahədir"
Xaçmazın çiyələk sahələrində məhsul yetişib. Təsərrüfatçılar may ayının ikinci ongünlüyündən mövsümün ilk məhsulunu yığmağa başlayıblar.
Hazırda 1 kiloqram çiyələyin sahədə topdansatış qiyməti 2,5 manatdır. Yerli sort çiyələyin yığımı cəmi 20-25 gün davam edəcək. Əldə olunan məhsul əsasən yerli bazarlara çıxarılır.
Təsərrüfatçı Fəxrəddin Həsənov bildirib ki, məhsuldarlıq ötən illərə nisbətən daha yaxşıdır. Çiyələyin satış qiyməti də onları razı salır.
“Bizim təsərrüfat rayonun Rəhimoba kəndində yerləşir. Yeni salınan meyvə bağlarının arasında qalan boş torpaqda çiyələk becəririk. Avqust ayında çiyələk şitillərini əkmişik. Artıq məhsul toplayırıq. Doqquz ay qulluq edir, 20 gün məhsul toplayırıq. Gəlirli sahədir. Həm də ən birinci yetişən məhsullardandır. Bizim müştərimiz məhsulu topdansatış qiymətə sahədən alır. Ötən il də, bu il də 2 manat 50 qəpikdən satmışıq. Bizim çiyələk açıq sahədə, həm də gübrəsiz yetişdiyi üçün dadlı olur. Həm yemək, həm də mürəbbə bişirmək üçün uyğundur ”, - deyə Fəxrəddin Həsənov söyləyib.
Xaçmazlı təsərrüfatçılar çiyələyin “Viktoriya” növünü becərməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi bu növün həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır. Yeni salınan çiyələk sahələrində damlama üsulu ilə suvarılır. Belə də həm suya qənaət olur, həm də yetişən çiyələklərin çürüməsinin qarşısı alınır.
“Yarım hektar sahədə çiyələk becəririk. Ümumilikdə, hər yığımda 100-150 kiloqrama yaxın çiyələk toplayırıq. Yerli sort çiyələyə tələbat çoxdur. Hər meyvəni öz mövsümündə yemək məsləhətdir”, - deyə təsərrüfatçı bildirib.
Xaçmaz rayonunda 100 hektardan çox çiyələk sahəsi var. Hər il bu sahələrdən 150 tondan çox məhsul toplanılır.
© Azərtac
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
9 d. əvvəl
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir
- 11 d. əvvəl
- 12 d. əvvəl
-
23 d. əvvəl
Onlayn platformalardan sifariş edilən mallar üçün vergi qaydaları dəyişir
-
25 d. əvvəl
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur
-
28 d. əvvəl
Mənzillərin təkrar satışında ƏDV yalnız qazancdan hesablanacaq
- 29 d. əvvəl
- 31 d. əvvəl
-
35 d. əvvəl
Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə yeni binada verilən kompensasiya xarakterli sahələrə görə vergi alınmayacaq
Mənzillərin təkrar satışında ƏDV yalnız qazancdan hesablanacaq
Ən çox oxunanlar
Ərdoğanın Azərbaycana gələcəyi bildirilir
Noyabrın 6-da gözlənilən hava şəraiti
Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir, 5 il müddətinə 90%-lik güzəşt mexanizmi olacaq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Sosial müavinətlər artırılacaq
























