970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə

Bakıda 49 mərtəbəli, 185 metr hündürlüyündə yeni yaşayış binası layihələndirilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi açılıb.

Marja xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə neft sənayemizin zəngin tarixinə, onun dünya energetika sektorunda aparıcı roluna həsr olunmuş yeni muzey binası konsepsiyası hazırlanıb. Muzeydə keçmişdə ekoloji fəlakətlə üz-üzə olan “Qara şəhər”in müasir və dayanıqlı “Baku White City” şəhər məkanına transformasiyanın tarixi nümayiş olunacaq. Binada sərgi zalı, kitabxana, ofis otaqları, restoran və kafelər nəzərdə tutulur. Layihə çərçivəsində şəhərə və sahilə mənzərəsi olan 90 metrlik müşahidə qülləsi yaradılacaq.

“Bakı Ağ Şəhər” layihəsinin əsas rəmzlərindən biri olan “Gilavar” kompleksi ictimai məkanları, əyləncə obyektlərini, iaşə müəssisələrini, yaxta klublarını və təxminən 185 metr hündürlüyündə 49 mərtəbəli yaşayış binasını birləşdirir.

Layihə “ADEC” şirkəti və “Bürc-Xəlifə” layihəsinin müəllifi, hündürmərtəbəli binaların memarlığı üzrə dünya lideri Amerikanın məşhur SOM bürosu ilə birgə hazırlanıb.

“Ağ şəhər”, eyni zamanda, incəsənət və mədəniyyət həvəskarlarının da sevimli məkanına çevrilib. Belə ki, dünyanın tanınmış heykəltaraşları öz əsərlərinin burada quraşdırılmasında maraqlıdırlar. Bu xüsusda məşhur amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılan “Qarabağ atları” heykəltaraşlıq kompleksini, Zaman meydanında məşhur rəssam Konstantin Krik tərəfindən məhz “Bakı Ağ Şəhər” üçün hazırlanmış 7 saatdan ibarət "Seven Public Clocks" kompozisiyasını, məşhur heykəltaraş Cozef Klibanskinin "Buludların üstündə" adlı bürünc kompozisiyasını, müasir britaniyalı heykəltaraş Saymon Qadcenin "Nur axtarışında" heykəlini qeyd etmək olar.

Bakı Ağ Şəhər Baku White City Gilavar kompleksi Bakı yeni tikililər 49 mərtəbəli bina 185 metrlik yaşayış binası SOM memarlıq bürosu Bürc-Xəlifə ADEC SOCAR muzeyi 90 metrlik müşahidə qülləsi AIREX 2026 daşınmaz əmlak sərgisi Bakı memarlıq layihələri.
04.11.2026 18:35
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19