Azərbaycan Türkmənistana pambıq lifinin ixracına başlayıb
Azərbaycan şirkətləri Türkmənistana pambıq lifinin ixracına başlayıblar.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması sahəsində məqsədyönlü işlər görülür, emal sənayesi genişləndirilir və yeni emal müəssisələri qurulur.
Mingəçevir Sənaye Parkında Özbəkistan və Türkmənistanla birlikdə tekstil sənayesinin inkişafında, həmçinin yeni istehsal sahələrinin yaradılması istiqamətində işlər görülür. Ümumilikdə, pambıqçılığın inkişafı sahəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Belə ki, Özbəkistanla yaradılmış əməkdaşlıq əlaqələri çərçivəsində ölkəmizdə pambıqçılıq klasterlərinin yaradılması işlərinə başlanılıb.
Azərbaycanda fəaliyyət göstərən pambıq istehsalçıları - “MKT İK”, “Azərpambıq” və “P-Agro” şirkətləri Türkmənistana pambıq lifinin ixracına başlayıb. İlkin mərhələdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından gəmilər vasitəsilə Türkmənistana 30 min ton həcmdə pambıq lifi göndəriləcək.
Qeyd edilib ki, gələcəkdə Türkmənistana pambıq lifi ilə yanaşı, pambıq emalından alınan digər məhsulların da ixracı nəzərdə tutulur ki, bu da Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığın, o cümlədən logistika və ticarət əlaqələrinin inkişafına töhfə verəcək.
Azərbaycandan indiyədək Türkiyə, Rusiya, İran, Belarusiya, Banqladeş, İsveçrə və s. ölkələrə pambıq lifi ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 7 d. əvvəl
-
18 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
35 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib


























