Türkiyə Mərkəzi Bankının ehtiyatı sürətlə "əriyir" - SON 21 İLDƏ İLK DƏFƏ MƏNFİ ZONADA
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) xalis ehtiyatı ötən həftə mənfi 0,2 milyard dollara qədər düşüb.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ehtiyatları sürətlə azalmaqda davam edir.
Marja.az TCMB-nin məlumatlarına istinadən xəbər verir ki, ötən həftə cəmi ehtiyatlar 3,5 milyard dollar azalaraq 101,6 milyard dollara düşüb. İki həftə ərzində ehtiyatlarda 12,5 milyard dollar azalma qeydə alınıb. TCMB-nin ehtiyatları iki ayda 25 milyard dollar azalıb.
Digər tərəfdən, xalis ehtiyatlar tarixən aşağı səviyyədədir. TCMB-nin xalis ehtiyatları mənfi 0,2 milyard dollara qədər azalıb. Beləliklə, 21 ildə ilk dəfə olaraq xalis ehtiyatlar mənfi zonaya keçib.
"Swap"lar istisna olmaqla xalis ehtiyatlarda da kritik səviyyə müşahidə olunub. Müvafiq olaraq, svoplar istisna olmaqla xalis ehtiyatlar mənfi 60,3 milyard dollar təşkil edib. Əvvəlki həftə bu rəqəm mənfi 57,8 milyard dollar olaraq qeydə alınmışdı.
Xalis valyuta ehtiyatı TCMB məlumatlarının aktiv hissəsindəki xarici aktivlərdən passiv hissədə cəmi xarici valyuta öhdəlikləri çıxıldıqdan sonra əldə edilən rəqəmin həmin günün məzənnəsinə bölünməklə hesablanır.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
5 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
12 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 13 d. əvvəl
-
14 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 26 d. əvvəl
-
28 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
45 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
Ən çox oxunanlar

























