ABŞ-ın çip istehsalçısının bazar dəyəri 1 trilyon dollara yaxınlaşır
ABŞ-ın çip istehsalçısı Nvidia-nın səhmləri 28,4 faiz bahalaşaraq 394,80 dollar olub. Marja xəbər verir ki, səhmlərinin bahalaşaması ilə Nvidia-nın bazar dəyəri 1 trilyon dollara yaxınlaşıb.
Nvidia-nın növbəti rüb üçün satış proqnozları bazar gözləntilərini üstələdiyi üçün şirkətin səhmləri bahalaşıb.
Nvidia-nın dünən açıqladığı balans hesabatında, növbəti rüb üçün gəlir gözləntisinin 11 milyard dollar olduğu bildirilib. Bazar proqnozu onun 7,2 milyard dollar olacağı idi.
Nvidia-nın baş direktoru Jensen Huang, OpenAI-nin ChatGPT-si və digər süni intellekt proqramları kimi dili inkişaf etdirən vasitələrin artmasının məlumat emalı gücünə tələbi artırdığını söyləyib. Nvidia-nın gözləniləndən daha yaxşı gəlir proqnozu, digər çip istehsalçılarının və süni intellekt proqramlarını inkişaf etdirən şirkətlərin də səhmlərinin bahalaşmasına kömək edib.
ABŞ-ın yarımkeçirici şirkəti AMD-nin səhmləri 10 faizdən, Google-un ana şirkəti Alphabet-in səhmləri 2 faizdən, Microsoft-un səhmləri isə 3 faizdən çox dəyər qazanıb.
Qeyd edək ki, çip məsələsində ABŞ və Çin arasında rəqabət getdikcə dərinləşir. Keçən il çip istehsalının ümumi qlobal dəyəri 580 milyard dollara yaxınlaşıb. Bu bazarın 2030-cu ilə qədər 1 trilyon dollar dəyərə çatacağı gözlənilir. Bazarın böyüməsi sürətili olduğundan, iki ölkə çip bazarında hakim olmağa çalışır.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
5 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
12 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 13 d. əvvəl
-
14 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 26 d. əvvəl
-
28 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
45 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
Ən çox oxunanlar


























